Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçiri...
“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib -
Cəmiyyət

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib - FOTO

Xpress.az Redaksiyası 16.06.2026 19:56

“XXI Əsrin Qadınları” İctimai Birliyi  “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi çərçivəsində İsmayıllı Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirib.

Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis baş leytenantı Elvin İsmayılov, “XXI Əsrin Qadınları” İB-nin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor mavini Sona Orucova, Mərkəzin müəllim və tələbə kollektivi iştirak edib.

İQAMBİ-nin əməkdaşı çıxış edərək qanunvericilik və profilaktik mexanizmlər barədə ətraflı məlumat verib, dövlət strukturlarının bu sahədə gördüyü işlərdən danışıb. Bildirilib ki, insan alverinə qarşı real mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin hər bir üzvünün məlumatlılığı, mübarizəsi və birgə fəaliyyəti ilə mümkündür.

Layihə rəhbəri Mahirə Əmirhüseynova çıxışında tədbir iştirakçılarına cinayətkarların vətəndaşları insan alverinə necə cəlb etmələrindən danışıb. 
O, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, insan alveri ilə mübarizədə ictimai məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək