Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə...
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqində
Cəmiyyət

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqində YENİLİK

Xpress.az Redaksiyası 17.06.2026 10:33

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bildirir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə 2026-cı il 1 sentyabr tarixindən başlanılacaq.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıqlardan istifadə etməklə su obyektlərindən suyun götürülməsi, təmizlənmiş tullantı sularının su obyektlərinə axıdılması, habelə su akvatoriyalarından istifadə nəzərdə tutulur.
Su götürülməsinə görə ödəniş məbləğləri su obyektinin növündən və istifadənin məqsədindən asılı olaraq müəyyən edilir. Belə ki:
Sənaye məqsədləri üçün Xəzər dənizindən götürülən hər 100 m³ suya görə – 0,40 manat;
Çay və göllərdən götürülən hər 100 m³ suya görə – 4 manat;
Yeraltı sulardan götürülən hər 100 m³ suya görə – 40 manat.
Tullantı sularının axıdılmasına görə isə:
Xəzər dənizinə axıdılan hər 100 m³ tullantı suyu üçün – 1 manat;
Çay və göllərə axıdılan hər 100 m³ tullantı suyu üçün – 4 manat ödəniş nəzərdə tutulur.
Ödəniş məbləğləri barədə daha ətraflı məlumatla Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri sənədində tanış olmaq mümkündür.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazəsinin alınması üçün ilk növbədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir. Ərizəçi fəaliyyət növündən və hüquqi statusundan asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə aldıqdan sonra müvafiq müqavilə bağlamalı və 2026-cı il 1 sentyabr tarixindən etibarən müəyyən edilmiş ödənişləri həyata keçirməlidir.
İcazənin verilməsi proseduru Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası ilə tənzimlənir.
Müvafiq qanunvericilik aktları ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”
“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri”
Sonda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən bütün fiziki və hüquqi şəxsləri sudan səmərəli istifadə etməyə, su itkilərinin və israfçılığın qarşısını almağa, istifadə olunan suyun uçotunu düzgün aparmağa və su qanunvericiliyinin tələblərinə ciddi riayət etməyə çağırırıq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək