Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Toy etmək istəyənlərin diqqətinə -
Toy etmək istəyənlərin diqqətinə -
Cəmiyyət

Toy etmək istəyənlərin diqqətinə - BAHALAŞMA OLACAQ

Xpress.az Redaksiyası 17.06.2026 19:34

Məhərrəmlik ayının başlaması ilə ölkədə toy mərasimlərinin keçirilməsində ənənəvi olaraq müəyyən azalma müşahidə olunur. Bu vəziyyət şadlıq evləri, musiqi qrupları, foto-video xidmətləri və digər toy sektoru iştirakçılarının fəaliyyətinə təsir göstərir. Bununla belə, bu dövrdə keçirilməyən məclislərin sonrakı aylara təxirə salınması bazarda müvəqqəti durğunluğun ardınca sifarişlərin artmasına səbəb olur.

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, Məhərrəmlik ayı ilə əlaqədar toy mərasimlərinin sayının azalması Azərbaycan bazarında hər il təkrarlanan mövsümi iqtisadi hadisələrdən biridir:

“Toy bazarı Azərbaycan iqtisadiyyatında mühüm paya sahibdir. Bu dövrdə şadlıq sarayları, foto-video xidmətləri, musiqi qrupları, dekorasiya şirkətləri, gül satışı, şirniyyat istehsalı və digər əlaqəli xidmət sahələrində fəaliyyət nisbətən zəifləyir. Lakin bu, bazarda tələbin tam yox olması deyil, sadəcə müəyyən müddətə təxirə salınması deməkdir. Adətən Məhərrəmlikdən sonra gözləmə mövqeyində olan ailələrin eyni vaxtda toy tarixləri müəyyənləşdirməsi bazarda qısamüddətli tələb artımı yaradır. İqtisadi baxımdan bu proses "təxirə salınmış tələbin bazara qayıtması" kimi xarakterizə olunur. Tələbin qısa müddətdə artması isə bəzi xidmət növlərində qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə məşhur şadlıq sarayları, tanınmış musiqi kollektivləri, fotoqraflar və digər yüksək tələbatlı xidmət təminatçıları üçün rezervasiyaların sürətlə dolması qiymət artımı üçün əlverişli şərait yaradır. Bazarın təklif imkanları məhdud olduğu halda tələbin artması klassik bazar qanunlarına uyğun olaraq qiymətlərə təsir göstərir”.

O deyib ki, qiymət artımının kəskin olacağını gözləmirəm:

“Çünki toy bazarında rəqabət kifayət qədər yüksəkdir. Bakıda və regionlarda fəaliyyət göstərən çoxsaylı şadlıq sarayları və xidmət şirkətləri qiymətlərin nəzarətsiz yüksəlməsinə imkan vermir. Əksinə, bəzi hallarda müəssisələr boş qalmamaq üçün kampaniyalar və endirim paketləri də təklif edirlər. Son illərdə ailələrin toy xərclərinə yanaşmasında da dəyişiklik müşahidə olunur. Əhalinin gəlirləri, inflyasiya amili və ümumi iqtisadi şərait daha rasional xərc davranışını təşviq edir. Bir çox ailələr artıq daha böyük və təmtəraqlı məclislərdən çox, büdcələrinə uyğun seçimlərə üstünlük verirlər. Bu da xidmət göstərən müəssisələrin qiymət siyasətinə təsir edən mühüm amillərdən biridir. Əgər Məhərrəmlikdən sonrakı dövrdə toy sifarişlərinin sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artarsa, qiymət artımı daha çox premium seqmentdə özünü göstərə bilər. Yəni yüksək reytinqli şadlıq saraylarında, məşhur aparıcı və musiqi qruplarında qiymətlərin yüksəlməsi ehtimalı daha yüksəkdir. Orta və aşağı qiymət seqmentlərində isə rəqabət amili qiymətlərin daha sabit qalmasına səbəb olacaq.  Məhərrəmlikdən sonra toy bazarında canlanma əlbəttə ki, olacaq. Lakin bu canlanmanın bütün bazar üzrə kəskin qiymət sıçrayışı yaratmasından daha çox, müəyyən xidmət növlərində və populyar məkanlarda lokal qiymət artımları ilə müşayiət olunacağını gözləmək daha real görünür. Toy bazarında qiymətləri müəyyən edən əsas amil mövsümi canlanma deyil, tələb və təklif arasındakı balansdır. Tələb müvəqqəti artır, lakin rəqabət bazarın qiymətləri həddindən artıq yüksəltməsinin qarşısını alan əsas mexanizm olaraq qalır”. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək