Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da...
“Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidir”
Cəmiyyət

“Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidir”

Xpress.az Redaksiyası 18.06.2026 08:32

Yasamal rayonunda yerləşən yaşayış binasında 3 nəfərin ölümü, onlarla sakinin xəsarət alması ilə nəticələnən dəhşətli yanğın hadisəsi ilə bağlı məhkəmə prosesi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclas zərərçəkmişlərin bu ilkin istintaqa etirazları ilə diqqət çəkib.
Əvvəlcə məlumat üçün deyək ki, hadisə nəticəsində 3 nəfər ölüb. Onlardan biri tanınmış vəkil Elçin Qəmbərovun nəvəsi, vəkil Əli Qəmbərovun isə qızı 7 yaşlı Arzu Qəmbərli, biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli, üçüncüsü isə 42 yaşlı Samir Məmmədovdur. Eyni zamanda hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Onlardan biri də Könül Vəlibəylinin 25 yaşlı qızı Ləmandır. Ləmanın vəziyyəti hələ də ağırdır.
Dəhşətli cinayətə görə isə 1 nəfər- “Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayev həbs edilib. Ona görə ki, Paşayevin klinikası hadisə baş verən binanın zirzəmisində yerləşib. Məhz orada başlayan yanğın nəticəsində qısa müddətdə binanı qatı tüstü bürüyüb.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən ilk iclasda zərərçəkmiş şəxslər cinayət işinin məhkəmə baxışına verilmədən prokurora qaytarılmasını istəyiblər. Zərərçəkmiş tərəf hesab edir ki, bu iş üzrə ilkin istintaq hərtərəfli araşdırma aparmayıb, təqsirkar şəxslər hamısı müəyyən edilməyib.

Yanğında qızını itirən vəkil Əli Qəmbərov digərlərinin də adından çıxış edərək deyib ki, bu hadisəyə görə Bəhruz Paşayevdən əlavə yanğın başlayan obyektin mülkiyyətçisi Vüqar Abbasov da cinayət məsuliyyətinə cəlb edilməlidir:
“Bəhruz Paşayev nə qədər təqsirlidirsə, Vüqar Abbasov da o qədər təqsirlidir. Amma nə olsa yaxşıdır, Vüqar bu işdə zərərçəkmiş qismində tanınıb. Bəhruzla Vüqar qohumdurlar. Hətta uydurma olaraq guya Bəhruz zərər çəkdiyi üçün ona pul da ödəyib. Xahiş edirəm, mənim övladımın ölümündə təqsiri olan kim varsa layiqli cəzasını alsın”.

Hadisə nəticəsində həyatını itirən Könül Vəlibəylinin atası Vəlibəy Hümbətov da məhkəmədən eyni şeyi istəyib:
“Mənim nəvəm bu dəqiqə xəstəxanada ölümlə mübarizə aparır, amma təqsirkarlardan heç biri bircə dəfə də onunla maraqlanmayıb. Qaçıb mağarada gizlənirlər. Ləman indi Türkiyədə ölüm ayağındadır. Hər şeyimi satıb onun müalicəsinə vermişəm. Amma bu adamlar qətiyyən maraqlanmırlar. Qızım öldü, nəvəmi də itirmək istəmirəm”, -deyib.
Mərhum Könülün atası göz yaşlarını saxlaya bilməyərək çıxışını yarımçıq saxlayıb. Onun vəkili Xeyransa Babayeva bütün təqsirkarların müəyyən edilməsi üçün işin ibtidai istintaqa qaytarılmasını xahiş edib. Vəkil hazırkı müttəhimdən əlavə “İvolt” MMC-nin rəhbəri Hacızadə Orxan Rüfət oğlunun da həbs edilməli olduğunu deyib. Müdafiəçi qeyd edib ki, onlar binada yanğın təhlükəsizliyinə birgə cavabdeh olublar. Bu səbəbdən Orxan da Vüqar da burada Bəhruzla birgə mühakimə edilməlidirlər.
Bütün zərərçəkmişlər qaldırılan vəsatəti dəstəkləyib.
Prokuror isə cinayət işinin ibtidai istintaqının düzgün aparıldığını, kobud qanun pozuntularına yol verilmədiyindən işin məhkəmə baxışına verilməsini xahiş edib.
Məhkəmə müşavirədən sonra zərərçəkmiş şəxslərin qaldırdığı vəsatətin təmin edilmədiyini elan edib.
Hakimlər məzuniyyətə getdiyi üçün məhkəmə araşdırması iyulun 30-da başlayacaq. 
Qeyd edək ki, Bəhruz Paşayev Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma- ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetirilsə, onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək