Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Vətəndaş həyətindəki su quyusuna görə pul ödəyəcək...
Vətəndaş həyətindəki su quyusuna görə pul ödəyəcək? -
Cəmiyyət

Vətəndaş həyətindəki su quyusuna görə pul ödəyəcək? - Rəsmi

Xpress.az Redaksiyası 18.06.2026 15:58

Vətəndaşlar su obyektlərindən sərbəst istifadə edə bilərlər.

Xpress.az xəbər verir ki, bu barədə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Bildirilib ki, xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur.

“Su obyektlərindən ümumi istifadə isə hər bir vətəndaşın hüququdur. İnsanlar çimərlikdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər”.

Məlumatda qeyd olunur ki, torpaq sahibləri də müəyyən hallarda öz ehtiyacları üçün yeraltı sulardan istifadə edə bilərlər:

“Bundan əlavə, torpaq sahibləri mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə öz ehtiyaclarını təmin etmək məqsədilə torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə etmək üçün quyu qaza və istismar edə bilərlər”.

Dövlət Xidməti vurğulayıb ki, şəxsi təsərrüfat məqsədilə sudan istifadəyə görə icazə və ödəniş tələb olunmur:

“Vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün icazə almasına və hər hansı ödəniş etməsinə ehtiyac yoxdur”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək