Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xəzərlə bağlı qorxulu
Xəzərlə bağlı qorxulu
Cəmiyyət

Xəzərlə bağlı qorxulu PROQNOZ

Xpress.az Redaksiyası 04.07.2026 11:13

Xəzər dənizində su səviyyəsinin enməsi prosesini dayandırmaq mümkün deyil, əsas yanaşma yalnız bu dəyişikliklərə uyğunlaşmaqdır.
 
Bu barədə Moskva-Baku saytına açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatlarına Nəzarət Xidmətinin sədr müavini Əliаğa Əzizov bildirib.
 
Mütəxəssisin sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azalır. Əsas səbəblər kimi iqlim dəyişiklikləri, hövzədə yağıntıların azalması, temperaturun artması nəticəsində buxarlanmanın güclənməsi və dənizə axan çayların suyunun azalması göstərilir.
 

Əliаğa Əzizov qeyd edib ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərdə su səviyyəsi son 5 ildə təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda dənizdə illik enmə 20–30 santimetr təşkil edir ki, bu da Dünya okeanının səviyyə artımından dəfələrlə yüksəkdir.

Qazaxıstanın Ekologiya Nazirliyinin məlumatına görə, uzunmüddətli proqnozlarda Xəzər dənizinin səviyyəsinin iki ssenari üzrə dəyişəcəyi nəzərdə tutulur. Qazaxıstan Ekologiya Nazirliyi və Qazgidromet tərəfindən hazırlanan hesablamalara əsasən, optimist ssenaridə 2030-cu ilə qədər səviyyə -29,8 metrə, 2050-ci ilə qədər isə -32,4 metrə enə bilər.
 
Pessimist ssenariyə görə isə Xəzərin səviyyəsi 2030-cu ildə -30 metrə, 2050-ci ildə isə -34 metrə qədər düşə bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

13.11.2026 18:00 Hadisə

Kəlbəcər sakini NİYƏ EVSİZ QALIB? -

13.11.2026 17:28 Ana səhifə

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

13.11.2026 17:20 İqtisadiyyat

Fərhad Bədəlbəyli: Mədəniyyət Nazirliyi ziyalılarla məsləhətləşməlidir

13.11.2026 16:46 Mədəniyyət

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

13.11.2026 15:01 Gündəm

Sabah 22 dərəcə isti olacaq

13.11.2026 13:41 Cəmiyyət

13.11.2026 13:09 Siyasət

AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

13.11.2026 12:18 İqtisadiyyat

AzAK: Akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib

13.11.2026 11:36 İqtisadiyyat

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

13.11.2026 11:31 İqtisadiyyat

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

13.11.2026 11:07 Gündəm

Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb

13.11.2026 10:24 Gündəm

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

13.11.2026 09:52 Hadisə

Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarıldı

13.11.2026 09:01 Cəmiyyət

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

13.11.2026 08:39 İqtisadiyyat

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək