Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı -
Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı -
Cəmiyyət

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı - Yarım milyondan çox yeyinti

Xpress.az Redaksiyası 09.07.2026 15:34

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəmədə ittiham olunur.

İstintaqla Orxan Musayevin 2020-2025-ci illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Xırdalan bələdiyyəsinə məxsus 1.92 ha torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamasına, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri də ifşa olunub.

O.Musayevin qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı artıq yekunlaşıb. Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

13.11.2026 18:00 Hadisə

Kəlbəcər sakini NİYƏ EVSİZ QALIB? -

13.11.2026 17:28 Ana səhifə

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

13.11.2026 17:20 İqtisadiyyat

Fərhad Bədəlbəyli: Mədəniyyət Nazirliyi ziyalılarla məsləhətləşməlidir

13.11.2026 16:46 Mədəniyyət

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

13.11.2026 15:01 Gündəm

Sabah 22 dərəcə isti olacaq

13.11.2026 13:41 Cəmiyyət

13.11.2026 13:09 Siyasət

AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

13.11.2026 12:18 İqtisadiyyat

AzAK: Akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib

13.11.2026 11:36 İqtisadiyyat

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

13.11.2026 11:31 İqtisadiyyat

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

13.11.2026 11:07 Gündəm

Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb

13.11.2026 10:24 Gündəm

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

13.11.2026 09:52 Hadisə

Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarıldı

13.11.2026 09:01 Cəmiyyət

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

13.11.2026 08:39 İqtisadiyyat

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək