Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 İlham Əliyev: F1 ölkəmizə müsbət təsir göstərir
İlham Əliyev: F1 ölkəmizə müsbət təsir göstərir
Formula-1

İlham Əliyev: F1 ölkəmizə müsbət təsir göstərir

Xpress.az Redaksiyası 27.12.2025 11:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Qran Prisi başqa ölkələr üçün meyar nöqtəsidir.

Xpress.az xəbər verir ki, 2025-ci il yarış həftəsonunda 90,000 tamaşaçı ilə son doqquz ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb. Qlobal marağın yüksəldiyi bir vaxtda növbəti möhtəşəm yarış mövsümünün canlı şahidi olmaq üçün azarkeşlərə biletlərini erkən əldə etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir

Onu da deməliyəm ki, son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişdir. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək