Xpress.az xəbər verir ki, Azərbaycan Formula 1 tərəfindən dəstəklənən beynəlxalq STEM Racing proqramınarəsmi olaraq qoşulub. Ölkədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən icraolunan layihə mühəndislik təhsilinin təşviqinə və gənclərin yüksək texnologiyalarsahəsində gələcək karyera üçün zəruri bilik və bacarıqlara yiyələnməsinə xidmətedir.
Belə ki, proqram çərçivəsində iştirakçıların hazırlığı üçün nəzərdə tutulmuş xüsusitəlim mərkəzi – STEM Racing Hub-un açılışı baş tutub. Yeni mərkəz komandalarınyarış modellərinin layihələndirilməsi, istehsalı və təkmilləşdirilməsi istiqamətində praktiki fəaliyyət göstərmələri üçün təsis edilib.
Layihənin təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclərvə idman naziri Fərid Qayıbov təşəbbüsün əhəmiyyətini vurğulayıb: “Ölkəmizin buqlobal platformanın bir hissəsinə çevrilməsi sevindirici haldır. STEM Racing proqramıməktəblilərə yalnız texniki biliklər qazandırmır, eyni zamanda komanda işi, liderlikvəlayihələrin idarə olunması kimi vacib bacarıqların inkişafına şərait yaradır. Proqramiştirakçılarının bir çoxu sonradan mühəndislik ixtisasları üzrə təhsil alır, qabaqcıltexnologiya şirkətlərində çalışır və hətta Formula 1-də karyera qururlar. İnanıram ki, komandamızın dünya finalında iştirakı ölkəmiz üçün dəyərli təcrübə olacaq vəminlərlə gəncə ilham verəcək”.
Proqram çərçivəsində yaradılmış “Caspian Apex” komandası ilk dəfə olaraqAzərbaycanı dünya finalında təmsil edəcək. Yarış 2026-cı il 3–8 oktyabr tarixlərindəSinqapurda (Sentosa adası)keçirilməklə dünyanın müxtəlif ölkələrindən ən güclügənc mühəndis komandalarını bir araya gətirəcək.
STEM Racing proqramının iştirakçıları Formula 1 komandalarının iş prinsiplərinəuyğun fəaliyyət göstərirlər. Hər iştirakçı müəyyən istiqamət üzrə cavabdehdir. Məktəblilər mühəndislik proqramlarından istifadə etməklə yarış modelini layihələndirir, aerodinamik hesablamalar aparır, hissələri 3D printerlər vasitəsiləhazırlayır, sınaqlar həyata keçirir, eyni zamanda marketinq, tərəfdaşlarla iş vətəqdimatların hazırlanması istiqamətlərində fəaliyyət göstərirlər.
Proqram çərçivəsində, həmçinin 2027-ci ildə Azərbaycanda ilk STEM Racing üzrəmilli çempionatın keçirilməsi planlaşdırılır. Çempionatın qalibi ölkəni dünya finalındatəmsil etmək hüququ qazanacaq.