Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 Formula1-ə könüllü müraciətində rekord qırılıb
Formula1-ə könüllü müraciətində rekord qırılıb
Formula-1

Formula1-ə könüllü müraciətində rekord qırılıb

Xpress.az Redaksiyası 08.05.2026 11:22

24-26 sentyabr tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026 üçünkönüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.

Xpress.az xəbər verir ki, cəmi 72 saat ərzində 49 min müraciətin daxil olması Azərbaycan Qran Prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü il 16 min ötən ilisə bu rəqəm 31 min təşkil etmişdi.

2026-cı il Formula 1 Azərbaycan Qran Prisi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yarış bu il Bakıda 10 illik yubileyini qeyd edəcək. Məhz bu əlamətdar yubileymünasibətilə könüllü proqramına marağın daha da artdığı müşahidə olunub. İlkinqeydiyyat mərhələsi artıq başa çatıb.

Seçim prosesi zamanı motivasiyası yüksək, ünsiyyət bacarıqları güclü komanda iləişləmək bacarığına malik namizədlərə üstünlük veriləcək.

Qeyd edək ki, ötən il 2000-dən çox könüllü Formula 1 Azərbaycan Qran Prisindəmüxtəlif istiqamətlər üzrə təşkilati proseslərdə yaxından iştirak edib.

Qeydiyyatdan keçmiş namizədləri qarşıda seçim müsahibə mərhələləri gözləyir.Seçilmiş iştirakçılardaha sonra Bakı Şəhər Halqası Akademiyasının (BCC Academy) müxtəlif təlim proqramlarına cəlb olunacaq. Onlar yarış həftəsi ərzində fərqliəməliyyat istiqamətlərində fəaliyyət göstərəcəklər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək