Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 Aston Martin-də Krouford Alonsonu əvəz edəcək
Aston Martin-də Krouford Alonsonu əvəz edəcək
Formula-1

Aston Martin-də Krouford Alonsonu əvəz edəcək

Xpress.az Redaksiyası 14.07.2026 11:33

Aston Martin Belçika Qran Prisinin ilk sərbəst yürüşündə Fernando Alonsonun yerinə Cek Kroufordun çıxış edəcəyini açıqlayıb.

Xpress.az xəbər verir ki, Aston Martin bu həftəsonu keçiriləcək Belçika Qran Prisinin ilk sərbəst yürüş sessiyasında Fernando Alonsonun yerini komandanın rəsmi ehtiyat və üçüncü pilotu Cek Krouforda verəcəyini təsdiqləyib.

Beləliklə, Krouford Yaponiya və Avstriyadan sonra 2026-cı il mövsümündə AMR26bolidi ilə üçüncü dəfə rəsmi sərbəst yürüş sessiyasında iştirak edəcək.

Formula 1 reqlamentinə əsasən, hər komanda mövsüm ərzində ən azı dörd sərbəst yürüş sessiyasında gənc pilota şans verməlidir. Bu səbəbdən Aston Martin-in mövsümün sonrakı mərhələlərində Kroufordu daha bir dəfə sükan arxasına keçirəcəyi gözlənilir.

Fernando Alonso üçün isə bu, 2026 mövsümündə yerini gənc pilota verəcəyi son sərbəst yürüş olacaq. İspaniyalı pilot mövsümün əvvəlində, Yaponiya Qran Prisində də bolidini Cek Krouforda həvalə etmişdi.

Bu qərar həm də komanda yoldaşı Lens Strollun mövsümün qalan hissəsində daha bir sərbəst yürüş sessiyasını buraxacağı anlamına gəlir. Kanadalı pilot Avstriya Qran Prisində də yerini gənc pilota vermişdi və reqlament tələbinə uyğun olaraq daha bir dəfə eyni addımı atmalı olacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək