Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 Ferrari Belçikaya yeniliklərlə gəlir
Ferrari Belçikaya yeniliklərlə gəlir
Formula-1

Ferrari Belçikaya yeniliklərlə gəlir

Xpress.az Redaksiyası 14.07.2026 10:58

Ferrari pilotları son üç Qran Prinin ikisində qələbə qazanıblar və bununla da İtaliya komandası lider Mercedes ilə fərqi əhəmiyyətli dərəcədə azaldıb. Belə vəziyyətdə Maranelloda əldə olunan uğurun davam etdirilməsi üçün bolidin inkişaf tempini daha da artırmağa çalışmaları tamamilə məntiqlidir.

Xpress.az xəbər verir ki, Belçikadakı Spa trasının uzun düzlüklərində SF-26-nın zəif tərəflərinin üzə çıxması riski var. Belə olacağı təqdirdə Mercedes ilə bərabər səviyyədə mübarizə aparmaq çətinləşə bilər. Bu, Avstriya mərhələsində də baş vermişdi. İtaliya mətbuatının yazdığına görə, Ferrari Belçika Qran Prisinə ən azı iki mühüm texniki yenilik hazırlayır.

Birinci yenilik paddokda “La Makarena” adlandırılan arxa qanadın yeni versiyasıdır. Bildirilir ki, bu variant əvvəlki ilə müqayisədə xeyli səmərəli olacaq. Hesablamalar özünü doğruldacağı təqdirdə düzlüklərin sonunda maksimal sürət saatda 11 km artacaq.

Məhz bu tip arxa qanadlar hazırda FIA-nın xüsusi diqqət mərkəzindədir. Əvvəlcə Ferrari, daha sonra isə Red Bull tərəfindən hazırlanan bu konstruksiya Maks Ferstappenin bolidində baş vermiş nasazlıqlardan sonra diqqət çəkib. Həmin problemlər Avstriya və Silverstoun mərhələlərində təhlükəli qəzalara səbəb olmuşdu. Bununla belə, Maranelloda hazırladıqları həllərin tam qanuni olduğuna inanırlar və FIA-nın müdaxilə edib onları qadağan edəcəyindən narahat deyillər.

İkinci yenilik isə STM sistemi ilə bağlıdır. Söhbət buraxılış borusunun yaxınlığında yerləşdirilən kiçik aerodinamik elementdən gedir. Bu detal iki funksiyanı yerinə yetirir: düzlükdə arxa qanadın effektivliyini azaldır, eyni zamanda diffuzorun arxasında mənfi təzyiq zonası yaradaraq aerodinamik səmərəliliyi artırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək