Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 FİA güzəştlərin müddətini artırıb
FİA güzəştlərin müddətini artırıb
Formula-1

FİA güzəştlərin müddətini artırıb

Xpress.az Redaksiyası 13.07.2026 14:05

FIA Formula 1-in texniki reqlamentinə dəyişiklik edərək mövsüm ərzində istifadəsinə icazə verilən güc qurğusu komponentlərinin sayı ilə bağlı yumşaldılmış məhdudiyyətlərin müddətini daha iki il uzadıb.

Xpress.az xəbər verir ki, yeni qaydalar təkcə 2026-cı ildə deyil, 2027 və 2028-ci il mövsümlərində də qüvvədə olacaq.

Yenilənmiş reqlamentə əsasən, hər bir pilot mövsüm ərzində dörd daxiliyanma mühərriyindən, dörd turbokompressordan və dörd buraxılış sistemindən istifadə edə biləcək. Bundan əlavə, üç MGU-K, üç batareya və üç elektron idarəetmə blokunun istifadəsinə icazə veriləcək.

Əvvəlcə bu güzəştlərin yalnız 2026-cı il – yeni güc qurğusu reqlamentinin ilk mövsümü üçün nəzərdə tutulduğu açıqlanmışdı. FIA 2027-ci ildən etibarən yenidən daha sərt məhdudiyyətlərə qayıtmağı planlaşdırırdı. Həmin plana əsasən, mövsüm ərzində üç daxiliyanma mühərriyi, üç turbokompressor, iki MGU-K, iki batareya və iki elektron idarəetmə blokundan istifadəyə icazə verilməsi nəzərdə tutulurdu.

GPBlog-un məlumatına görə, yumşaldılmış məhdudiyyətlərin uzadılması ilə bağlı qərar reqlamentdə son dəyişikliklərin nisbətən gec təsdiqlənməsi ilə əlaqədardır. Nəticədə istehsalçıların yeni güc qurğularını hazırlamaq üçün daha az vaxtı qalıb və etibarlılıq problemlərinin yaranma riski artıb.

FIA vəziyyəti komponent limitlərini azaltmaqla daha da çətinləşdirməməyi qərara alaraq yeni texniki reqlamentin ilk illərində istehsalçılara daha çox sərbəstlik verib.

Güc qurğusu komponentlərinin əlavə dəstləri, xüsusilə də çempionata yeni qoşulan istehsalçılara etibarlılıq problemlərini icazə verilən limiti tez doldurmadan daha operativ şəkildə həll etməyə kömək etməlidir.

FIA yumşaldılmış məhdudiyyətlərin yeni texniki reqlamentin ilk üç mövsümü ərzində qüvvədə saxlanmasını da məhz bununla əsaslandırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək