Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Kəmaləddin Heydərov onu vəzifəsindən
Kəmaləddin Heydərov onu vəzifəsindən
Cəmiyyət

Kəmaləddin Heydərov onu vəzifəsindən AZAD ETDİ

Xpress.az Redaksiyası 15.07.2026 20:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bir müddət əvvəl imzaladığı müvafiq əmri ilə sözügedən idarənin rəisi, polkovnik Əkbər Novruzov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə polkovnik-leytenant Əmir Səmədov təyin olunub. Qeyd edək ki, polkovnik Əkbər Novruzov 2023-cü ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq sözügedən vəzifəyə təyin olunmuşdu. (qaynarinfo)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək