Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
Cəmiyyət

Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı

Xpress.az Redaksiyası 15.07.2026 20:50

Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında birinci yeri İtaliya (3,495 milyard ABŞ dolları dəyərində 5,915 milyon ton) tutur. Sonrakı yerlərdə Çexiya (497,4 milyon ABŞ dolları dəyərində 705,8 min ton) və Bolqarıstan (253,1 milyon ABŞ dollarından çox dəyərində 358,8 min ton) qərarlaşıb.

Cədvəldə 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan ixrac edilən xam neft və neft məhsullarının 10 ən böyük idxalçısı göstərilib.

Ölkə

İdxal həcmi

İdxal dəyəri (ABŞ dolları ilə)

İtaliya

5 915 025.73

3 495 238 670

Çexiya

705 791.25

497 377 570

Bolqarıstan

358 842.99

253 113 500

Rumıniya

461 317.25

247 844 980

Hindistan

320 497.27

247 366 970

Portuqaliya

395 031.62

221 958 010

Almaniya

360 299.00

210 855 820

Tunis

307 167.03

187 605 080

Yunanıstan

284 374.74

182 764 510

Xorvatiya

276 342.95

162 720 430

Digər

740 777.35

524 576 700

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan dünya ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 10,125 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Edmondo Çirielli Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, yüksək səviyyəli məhsuldar siyasi dialoq çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşməsi fonunda İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın daha da genişləndirilməsi, eləcə də strateji neft-qaz sektorundan kənarda iqtisadi qarşılıqlı fəaliyyətin şaxələndirilməsi üçün əlverişli zəmin mövcuddur.

O bildirib ki, Dövlət Neft Fondunun (SOFAZ) İtaliyada investisiya imkanlarından istifadə etməyə göstərdiyi marağı alqışlayır və Azərbaycan şirkətləri və investisiya fondları tərəfindən ölkəsinə yönələcək gələcək investisiyalara müsbət yanaşırlar.

Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli infrastrukturdur.

“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi və Rusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritik əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdan Transadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizin ikinci ən böyük qaz tədarükçüsünə çevirib”, – deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 4-də İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfərinin yekunları ilə bağlı "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada İtaliyanın Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığı daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib.

"Məqsəd enerji, təhlükəsizlik, əlaqəlilik, investisiyalar və siyasi dialoq sahələrində Azərbaycanla artıq mövcud olan əməkdaşlığı daha da gücləndirmək və onu mərhələli şəkildə xalqlarımız üçün konkret imkanlara çevirməkdir. Dünyada mürəkkəb proseslərin yaşandığı bir dövrdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər məhz belə tərəfdaşlıqlardan biridir", – deyə o yazıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək