Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 Rassell mövsümü qələbə ilə açıb
 Rassell mövsümü qələbə ilə açıb
Formula-1

Rassell mövsümü qələbə ilə açıb

Xpress.az Redaksiyası 08.03.2026 13:01

Melburnda yeni dövrün ilk yarışı böyük maraqla gözlənilib və 2026-cı il mövsümünün ilk yarış həftəsonu doğrudan da çoxlu suallarla başlayıb.

Xpress.az xəbər verir ki, testlərdən sonra komandaların real güc nisbətini dəqiq anlamaq mümkün olmayıb, üstəlik yeni reqlament hamını yenidən hesablamalar aparmağa məcbur edib. Həftəsonu ərzində bir məqam da aydınlaşıb: bəzi komandalar uyğunlaşmağın yollarını tez tapıb, bəziləri isə mövsümün ilk yarışına ciddi çətinliklərlə gəlib. Albert Park tribunaları demək olar ki, tam dolub, həftəsonu üzrə ümumi tamaşaçı sayı yarım milyona yaxınlaşıb.

Cümə məşqlərində ən sürətli nəticəni Oskar Piastri göstərib, amma əsas diqqət şənbə gününə yönəlib. Son məşqdə Kimi Antonelli qəza yaşayıb, buna baxmayaraq Mercedes-n qarşısını almaq mümkün olmayıb. Əksinə, Corc Rassell lazım olan sazlanmanı tapıb və sıralanma turunda üstünlüyünü təsdiqləyib. Britaniyalı sürücü karyerasının səkkizinci poulunu qazanıb, Antonelli isə mexaniklərin qısa zamanda bərpa etdiyi boliddə ikinci yerə yüksəlib. Beləliklə, Mercedes mövsümə start düzümündə ön cərgəni tam nəzarətə götürərək başlayıb.

Sıralanma turunun ən böyük sürprizlərindən biri Maks Ferstappenin ilk sessiyada qəza etməsi olub. O, nəticədə yarışa 20-ci yerdən dən başlamağa məcbur olub. Start düzülüşündə ikinci sıra Ayzek Həcərlə Şarl Leklerə qismət olub, üçüncü sırada isə Oskar Piastri və Lando Norris yer alıb. Amma startdan əvvəl McLaren üçün vəziyyət birdən-birə dəyişib: Piastri pit yolundan çıxış dövrəsində qəza edib və ev yarışına ümumiyyətlə başlaya bilməyib. Audi sürücüsü Niko Hülkenberq də texniki problemə görə start ala bilməyib.

Yarışın startı isə gözlənildiyi kimi sakit keçməyib. Lekler ilk metrlərdə Rasselli geridə qoyaraq liderliyə yüksəlib. Antonelli xeyli yer itirib, Həmilton və digərləri isə irəliləməyə nail olublar. İlk dövrələrdə əsas mübarizə məhz Leklerlə Rassell arasında yaşanıb. Mercedes sürücüsü bir neçə dəfə hücum edib, hətta 8-ci dövrədə önə keçib, amma Ferrari pilotu dərhal cavab verib və liderliyi geri alıb. Bu mərhələdə Həmilton da ön cərgənin tempi ilə ayaqlaşaraq mübarizəyə qoşulub.

Yarışın gedişinə ilk ciddi təsir edən hadisə Həcərin bolidində yaranan problem olub. Onun maşını tüstülənərək yolda qalıb və Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi elan olunub. Bəzi sürücülər bundan istifadə edib pit-stop edib, amma Lekler, Həmilton, Ferstappen və daha bir neçə pilot trasda qalmağı seçib. Bir qədər sonra Bottasın dayanması növbəti VTM rejiminə səbəb olub. Beləcə strategiyalar parçalanıb və yarış təkcə temp yox, taktika savaşına da çevrilib. Ferrari uzun müddət pitə girməyən yeganə komanda kimi diqqət çəkib.

Bu qarışıq fonda Antonelli tədricən özünə gəlib və itirdiyi yerləri geri qazanmağa başlayıb. Gənc italiyalı ilk dövrələrdə geriyə düşsə də, sonradan yenidən ön qrupa yaxınlaşıb. Ferstappen də arxa sıralardan yüksələrək xal zonasına daxil olub. Yarışın orta hissəsində Rassell nəhayət ümumi mənzərəni öz xeyrinə çevirə bilib. Leklerin pit-stopundan və Həmiltonun da boksa yönəlməsindən sonra Mercedes sürücüsü liderliyi ələ alıb. 30-cu dövrəyə gəldikdə ilk üçlük artıq Rassell, Antonelli və Lekler şəklində formalaşıb.

Son bölümlərdə Mercedes üstünlüyünü itirməyib. Daha bir VTM rejimi və müxtəlif pit-stoplara baxmayaraq Rassell yarışa nəzarəti özündə saxlayıb. Antonelli də arxada mövqeyini qoruyub və komandasına dubl qazandırıb. Lekler finişə üçüncü çatıb, son dövrələrdə onunla fərqi azaldan Həmilton dördüncü olub. Norris beşinci, Ferstappen isə son sıralardan yüksələrək altıncı yeri tutub. Yarışın ən sürətli dövrəsi də Ferstappenin adına yazılıb.

Beləliklə, 2026 mövsümünün ilk yarışı Mercedes-in tam üstünlüyü ilə yekunlaşıb. Corc Rassellkaryerasında altıncı qələbəsini qazanıb, Kimi Antonelli isə ikinci yerlə ən yaxşı nəticəsini təkrarlayıb. Lekler Ferrari-yə podium gətirib. Lyuis Həmilton isə Ferrari ilə uğursuz podiumsuz yarış seriyasını davam etdirib. Debütant Arvid Lindblad ilk yarışında xal qazanıb, Qabriel Bortoleto isə Audi-yə komandanın ilk yarışında xallar bəxş edib.

 

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək