Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 Çin-2026: Antonellidən karyerasında ilk qələbə!
Çin-2026: Antonellidən karyerasında ilk qələbə!
Formula-1

Çin-2026: Antonellidən karyerasında ilk qələbə!

Xpress.az Redaksiyası 15.03.2026 11:32

Şanxayda keçirilən Çin Qran Prisində startdan əvvəl əsas müzakirə mövzusu Mercedes-in sürəti olub. Əyləclərə çox ehtiyac duymayan Albert Park trasından sonra Şanxayda nə qədər üstün olacaqları maraqla gözlənilib.

Xpress.az xəbər verir ki, Gözləntilər özünü doğruldub – Corc Rassell həm yeganə məşqlərdə, həm də sprint sıralanma turunda və yarışında rəqiblərinə aman verməyib. Onun komanda yoldaşından başqa rəqibi olmayıb desək, daha düzgün olar.

Lakin əsas sıralanma turunda hadisələr onun xeyrinə cərəyan etməyib. Sonuncu sessiyanın ilk dəqiqələrində maşında problem yaşayan britaniyalı sürücü yekunda ikinci yerlə kifayətlənməli olub. Onun komanda yoldaşı Kimi Antonelli F1 tarixində poul qazanmış ən gənc sürücü ünvanını əldə edib.

Start düzümündə Mercedes sürücüləri ilk, Ferrari sürücüləri ikinci, McLaren sürücüləri isə üçüncü cərgəni tutmağa haqq qazanıblar. Maks Ferstappen yalnız 8-ci yeri tuta bilib. Lakin 4 sürücü – Lando Norris, Oskar Piastri, Qabriel Bortoleto və Aleksander Elbon müxtəlif mexaniki problemlərə görə yarışa başlaya bilməyiblər. Oskar ardıcıl iki yarışdır ki, start ala bilmir.

Pirelli bura C2, C3 və C4 tərkiblərini gətirib. Red Bull sürücüləri Soft, Hülkenberq, Kolapinto, Okon, Linblad, Alonso və Stroll Hard, yerdə qalan sürücülər isə Medium təkərlərlə yarışa başlayıblar.

Startda Həmilton Mercedes pilotlarını qabaqlayaraq liderliyə yüksəlib. Berman dörd mövqe qazanıb, Ferstappen isə altı mövqe itirib. Həcər yerində fırlanıb və təkərləri dəyişmək üçün boksa gedib. 2-ci dövrədə Antonelli 14-cü döngədə Həmiltonu ötüb. Rassell isə Lekleri qabaqlayıb.

4-cü dövrədə Rassell Həmiltonu da keçib. Cadillac pilotları bir-biri ilə toqquşub, lakin stüardlar hadisəni cəzasız qoyub. 6-cı dövrədə Okon Lousonu ötüb. 7-ci dövrədə Hülkenberq 12-ci yer uğrunda mübarizədə Saynsi qabaqlayıb. 10-cu dövrədə Louson, Ferstappen və Sayns pit-stopa gəliblər. Lakin bir dövrə sonra onların bu həmlələrinin əleyhlərinə işlədiyi məlum olub – Stroll birinci döngədə dayandığı üçün Təhlükəsizlik Maşını (TM) trasa çıxıb.

Antonelli, Rassell, Həmilton, Lekler, Qasli, Berman, Bottas və Həcər dərhal təkərlərini dəyişib. 12-ci dövrədə Peres pit-stopa gəlib, lakin arxa sağ təkərin bərkidilməsində gecikmə yaşanıb. 14-cü dövrədə restart verilib. Antonelli liderliyi qoruyub. Berman Qaslini, Louson Alonsonu, Həcər Peresi, Həmilton isə Rassell, Okonu ötüb.

16-cı dövrədə Lekler Okon və Kolapintonu keçib. Rassell də Okonu ötərək beşinci yerə yüksəlib. 17-ci dövrədə Qasli və Ferstappen Hülkenberqi keçiblər. Rassell Kolapintonu ötərək dördüncü yerə çıxıb. 18-ci dövrədə Alonsonun maşını sürət itirib, lakin o yarışa davam edə bilib. Qasli və Ferstappen Lindbladi keçiblər.

Həmilton bir neçə dövrə Antonelliyə ciddi təzyiq göstərib, lakin Kimin maşını daha sürətli olub və o tədricən fərqi artırıb. 20-ci dövrədə Haas pilotları az qala toqquşub, lakin Berman Okonu keçə bilib. Ferstappen Qaslini ötüb, 21-ci dövrədə isə Okonu qabaqlayıb.

22-ci dövrədə Berman Kolapintonu, Louson Lindbladi, Hülkenberq Qaslini, Həcər isə Saynsı geridə qoyub – yeni reqlament ötmələrin sayını həqiqətən artırıb. 24-cü dövrədə Ferstappen Kolapintonu da keçərək altıncı yerə yüksəlib.

14-cü döngədə Lekler Həmiltonu üstələyib. Ardınca Rassell Həmiltona hücum edib, lakin Lyuis mövqeyini qoruyub – üç pilot sıx qrup halında mübarizə aparıblar, lider Antonelli isə fərqi artırıb. 26-cı dövrədə Həmilton Lekleri keçib, lakin Şarl dərhal mövqeyini geri alıb – “batareya mübarizəsi” başlayıb. Rassell də bu mübarizəyə qoşulub və Həmiltonu keçib.

28-ci dövrədə Lindblad 14-cü döngədə yerində fırlanıb, lakin sonra mübarizəyə davam edib. 29-cu dövrədə Rassell üçüncü yer uğrunda mübarizədə Lekleri keçib. Bu vaxt arxadakı mübarizədən istifadə edən Antonelli fərqi 7,5 saniyəyə qədər artırıb.

30-cu dövrədə Okon, 32-ci dövrədə Alonso, 33-cü dövrədə Kolapinto pit-stopa gəliblər. Kolapinto trasə qayıdanda Okonla mövqe uğrunda mübarizəyə girib və toqquşublar. Hər iki maşın yerində fırlanıb, lakin davam edə biliblər. Okon bu hadisəyə görə 10 saniyə cəza alıb.

34-cü dövrədə Alonso vibrasiya səbəbilə əllərini hiss etmədiyini deyərək boksa qayıdıb və yarışı dayandırıb. 36-cı dövrədə Həmilton üçüncü yer uğrunda mübarizədə Leklerdən üstün olub. 37-ci dövrədə Hülkenberq pit-stop edib.

40-cı dövrədə Lekler Həmiltonu keçib, lakin Lyuis dərhal mövqeni geri alıb və mübarizə davam edib. 42-ci dövrədə Kolapinto 11-ci yer uğrunda mübarizədə Lindbladi arxada qoyub. 44-cü dövrədə Lindblad pit-stopa gəlib. Hülkenberq isə Okonu keçərək 12-ci yerə yüksəlib.

47-ci dövrədə Ferstappen boksa qayıdaraq hibrid sisteminin soyutma problemi səbəbilə yarışı dayandırıb. 48-ci dövrədə Okon təkərlərini dəyişib. 53-cü dövrədə inamla lider gedən Antonelli əyləc zamanı təkərləri bloklayaraq trasdan çıxıb və iki saniyə itirib, lakin liderliyi qoruyub. 54-cü dövrədə Okon 14-cü yer uğrunda mübarizədə Peresi ötüb.

Kimi Antonelli Çin Qran Prisini qazanaraq karyerasında ilk qələbəsini əldə edib və Maks Ferstappendən sonra Formula 1 tarixinin ikinci ən gənc yarış qalibi olub. Corc Rassell ikinci olub və Mercedes ardıcıl ikinci yarışda dubl edib. Lyuis Həmilton üçüncü yeri tutaraq Ferrari ilə ilk podiumuna yüksəlib. Doqquzuncu olan Karlos Sayns bu mövsüm Williams üçün ilk xalları qazanıb.

Mübarizə iki həftədən sonra Yaponiyanın əfsanəvi Suzuka trasında davam edəcək.

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək