Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Tərkibində təhlükəli maddə olan arıqlama məhsullar...
Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə
Cəmiyyət

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Xpress.az Redaksiyası 17.07.2026 14:51

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında ciddi qanun pozuntuları müəyyən edib.

Belə ki, monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina"  "Vellara Form Coffee" və "Vellara Form Tea"  məhsulların tərkibində Azərbaycanda istifadəsi qadağan olunan, insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi müəyyən edilib.
 AQTA bildirib ki, araşdırmalar zamanı həmin məhsulların ölkəyə şəxsi istifadə məqsədilə gətirildiyi, daha sonra isə sosial şəbəkələr vasitəsilə qanunsuz satışa çıxarıldığı müəyyən olunub.

Agentliyin məlumatına görə, faktlarla bağlı aidiyyəti dövlət qurumlarına, o cümlədən hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bununla belə, Bizim.Media-nın apardığı araşdırmalar AQTA-nın təhlükəli olduğunu açıqladığı məhsulların satışının hələ də davam etdiyini göstərir.

Məlum olub ki, Türkiyə istehsalı “Green Good Lux Slimming Coffee" (fındıqlı) və Malaziya istehsalı "Spirulina"  məhsulları sosial şəbəkə hesabları üzərindən reklam olunur və satışı həyata keçirilir. Hesabların paylaşım və şərh bölmələrindən də məlum olur ki, məhsulları sifariş edən şəxslərin sayı heç də az deyil.

Bu məhsulların satışının niyə hələ də davam etdiyi, bu istiqamətdə əlavə nəzarət tədbirlərinin görülüb-görülmədiyi və qanunsuz satış hallarının qarşısının alınması üçün hansı addımların atıldığı sualları cavabsız qalır.

Məsələ ilə bağlı AQTA-ya ünvanladığımız sorğuya hələki cavab verilməyib.

Məlumat üçün bildirək ki, Sibutramin arıqlamaq məqsədilə istifadə olunan, lakin təhlükəsizlik səbəbindən bir çox ölkədə istifadəsi məhdudlaşdırılan və ya qadağan edilən iştaha azaldıcı dərman maddəsidir. O, birbaşa qida qəbulunu azalda bilir.

Lakin Sibutraminin sağlamlıq üçün ciddi riskləri müəyyən edilib. Əsas təhlükələri bunlardır:

Ürək-damar sisteminə mənfi təsir: qan təzyiqini yüksəldə, ürək döyüntüsünü sürətləndirə və ürək ritm pozğunluqlarına səbəb ola bilər.

Ürək tutması və insult riskini artıra bilər: xüsusilə ürək-damar xəstəliyi olan şəxslərdə risk daha yüksəkdir.


Sinir sisteminə təsir göstərə bilər: narahatlıq, yuxusuzluq, əsəbilik, baş ağrısı və əhval dəyişiklikləri yarada bilər.

Digər dərmanlarla təhlükəli qarşılıqlı təsirə girə bilər: xüsusilə bəzi antidepressantlarla birlikdə istifadəsi ağır fəsadlara səbəb ola bilər.

Nəzarətsiz istifadə zamanı ciddi təhlükə yaradır: internet və ya qeyri-rəsmi satış kanallarından alınan arıqlama məhsullarında maddənin gizli şəkildə olması xüsusilə risklidir.

Təssüf ki, tərkibində təhlükəli maddə olan yuxarıda sadaladığımız arıqlama üçün nəzərdə tutulan bu məhsullar hələ də satışdadır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Sabah ölkəyə yağış yağacaq -

10.11.2026 12:50 Cəmiyyət

Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb

10.11.2026 12:33 Dünya

Ukrayna Rusiyanın təyyarə zavodunu vurdu

10.11.2026 11:59 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək