Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 6 ayda 2500 müraciət –
6 ayda 2500 müraciət –
Cəmiyyət

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

Xpress.az Redaksiyası 17.07.2026 15:10

Azərbaycanda məişət zorakılığı, ailədaxili münaqişələr və digər problemli vəziyyətlə ilə üzləşən qadınlara psixoloji, hüquqi və sosial dəstək göstərən "Qadın Dəstək Xətti" son aylarda müraciətlərin nəzərəçarpacaq dərəcədə artdığını açıqlayıb. Belə ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində xidmətə təxminən 2500 müraciət daxil olub. AZƏRTAC-ın məlumatına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

"Qadın Dəstək Xətti" Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi və "Azercell Telekom" MMC-nin tərəfdaşlığı ilə 2022-ci ildən fəaliyyət göstərir. Xidmət zorakılıq və digər böhran vəziyyətlərində olan qadınlara ilkin psixoloji yardım göstərir, hüquqi və sosial dəstək verir, zərurət yarandıqda isə onları aidiyyəti dövlət qurumlarına yönləndirir.

Sözügedən xidmətə müraciətlərin iki dəfə artması isə müəyyən suallar yaradır. Bu artımın səbəbi nədir? Kömək istəyən qadınların hamısına lazımi dəstək göstərmək mümkün olurmu?

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova Bizim.Media-ya açıqlamasında bildirib ki, dəstək xəttinə gün ərzində 30, bəzən isə 50-70 arası müraciət daxil olur:

“Rəqəm elə də az deyil. Ancaq ümumi əhali sayı ilə müqayisədə çox yüksək də hesab olunmur. Müraciətlərin artmasının əsas səbəblərindən biri maarifləndirmə işlərinin genişlənməsi, sosial çarxların, reklamların və dövlət qurumları vasitəsilə aparılan məlumatlandırma kampaniyalarının təsiridir. Bu fəaliyyətlər zorakılıq hallarının daha erkən aşkar edilməsinə və qadınların ilkin yardım almaq üçün vaxtında müraciət etməsinə kömək edir.

Hazırda telefon vasitəsilə psixoloji, hüquqi və sosial dəstək göstəririk. Məsələn, boşanma ərəfəsində olan və ya zorakılığa məruz qalan, lakin hara və necə müraciət edəcəyini bilməyən qadınlara hüquqi məsləhətlər verir, ərizə yazılması və müraciət prosedurları barədə məlumatlandırırıq”.

K.Aşumovanın sözlərinə görə, telefon vasitəsilə dəstək kifayət etmədikdə müraciət edən şəxs yaşadığı ərazi üzrə müvafiq yerli qurumlara yönləndirilir. Həmin qurumlar, məxfilik prinsipi qorunmaqla, qadının vəziyyətini qiymətləndirir, problemlərini araşdırır və onların həlli istiqamətində fəaliyyət göstərirlər.

O, həmçinin vurğulayır ki, dəstək xidməti yönləndirmədən sonra prosesi izləyir və qurumların həmin qadının probleminin həll edib-etmədiyini araşdırır:

“Bəzi hallarda telefon danışığı kifayət etmir. Belə vəziyyətdə onlayn psixoloji seanslar təşkil olunur, hüquqşünaslarla görüşlər keçirilir, müraciət edən şəxsə hüquqları izah edilir və lazımi istiqamətləndirmə aparılır. Lazım gəldikdə icra hakimiyyətlərinin məişət zorakılığı üzrə monitorinq qruplarına da müraciət edilir”.

K. Aşumova qadınlarla yanaşı kişilərin də “Qadın Dəstək Xəttinə” müraciət etdiklərini vurğulayıb:

“Kişilər də qaynar xəttə kömək üçün zəng edirlər. Lakin xidmətimizin əsas fəaliyyəti onlara deyil qadınlar və uşaqlar üçün nəzərdə tutulub. Buna görə də kişilərlə uzunmüddətli psixoloji iş aparılmır. Biz zəruri hallarda onları yalnız aidiyyəti qurumlara yönləndirə bilirik”.

Qeyd edək ki, “Uşaq Qaynar Xətti” və “Qadın Dəstək Xətti”-nə 116-111 qısa nömrəsi, (050) 680 22 80, (051) 580 22 80, (051) 880 11 80, (051) 880 22 80 mobil nömrələri, elektron poçt (ushaqqaynarxetti@gmail.com), sosial şəbəkə hesabları və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək