Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yaşamaq üçün ən yaxşı ölkələr açıqlandı - ADLAR
Yaşamaq üçün ən yaxşı ölkələr açıqlandı - ADLAR
Cəmiyyət

Yaşamaq üçün ən yaxşı ölkələr açıqlandı - ADLAR

Xpress.az Redaksiyası 23.07.2026 09:22

ABŞ-nin Uorton Biznes Məktəbinin hazırladığı "Best Countries 2026" reytinqində dünyanın yaşamaq üçün ən əlverişli ölkələri müəyyənləşdirilib.

Araşdırma 33 ölkədən 15 131 yetkin respondent arasında keçirilən sorğuya əsaslanır və insanların bu gün ən yüksək həyat keyfiyyətinin hansı ölkələrdə təmin olunduğuna dair fikirlərini əks etdirir.

Reytinq hazırlanarkən təhlükəsizlik, səhiyyə və təhsilin səviyyəsi, iqtisadi imkanlar, dövlət xidmətlərinin keyfiyyəti və sosial infrastruktur kimi meyarlar nəzərə alınıb.

2026-cı il reytinqində İsveç birinci yeri tutub. Respondentlər ona 100 bal veriblər. İkinci və üçüncü yerdə Danimarka ilə Kanada gəlir.

Ümumilikdə, ilk "30-luq"da yer alan ölkələrin 20-si Avropada yerləşir.

Araşdırma ÜDM, birbaşa xarici investisiyalar, turizm və insan inkişafı göstəricilərinə uyğun seçilmiş 85 dövləti əhatə edir. İsveç 100 indeks balı ilə etalon qəbul edilib, digər ölkələrin göstəriciləri isə onun nəticəsinə əsasən hesablanıb.

Reytinqdə ön sıralarda qərarlaşan ölkələri güclü dövlət institutları, əlçatan səhiyyə sistemi, yüksək ictimai təhlükəsizlik və vətəndaşların həm bir-birinə, həm də dövlətə yüksək etimadı birləşdirir. Məhz bu amillər onların yaşamaq üçün ən əlverişli ölkələr kimi beynəlxalq nüfuzunu formalaşdırır.

Araşdırmanın nəticələri digər nüfuzlu beynəlxalq hesabatlarla da üst-üstə düşür. Belə ki, Finlandiya artıq doqquzuncu ildir ki, "Dünya Xoşbəxtlik Hesabatı"nda birinci yerdə qərarlaşıb. Danimarka, Norveç və İsveç də rifah, sosial etimad və həyatdan məmnunluq göstəricilərinə görə daim liderlər sırasında yer alır.

Reytinqin son pillələrində isə uzunmüddətli silahlı münaqişələr, zəif dövlət institutları və iqtisadi qeyri-sabitliklə üzləşən ölkələr qərarlaşıb.

Ukrayna siyahıda sonuncu yeri tutub. Ondan əvvəl İran və Livan yer alıb. Hesabatda qeyd olunur ki, bu ölkələrdə davam edən siyasi və iqtisadi qeyri-sabitlik əhalinin həyat səviyyəsinə mənfi təsir göstərir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, bu gün yüksək həyat keyfiyyəti üçün təkcə güclü iqtisadiyyat kifayət etmir. Effektiv dövlət idarəçiliyi, əlçatan səhiyyə, təhlükəsizlik, inkişaf etmiş sosial müdafiə sistemi və cəmiyyətdə yüksək etimad müasir dünyanın əsas meyarlarına çevrilib.

2026-cı ildə yaşamaq üçün ən yaxşı 20 ölkə

İsveç — 100.0 bal
Danimarka — 98.2 bal
Kanada — 95.0 bal
İsveçrə — 94.8 baı
Finlandiya — 92.4 bal
Norveç — 92.4 bal
Niderland — 90.8 bal
Avstraliya — 87.5 bal
Almaniya — 82.9 bal
Belçika — 78.6 bal
Avstriya — 76.7 bal
Yeni Zelandiya — 74.0 bal
Böyük Britaniya — 73.7 bal
Yaponiya — 73.4 bal
Lüksemburq — 69.9 bal
İrlandiya — 63.5 bal
Sinqapur — 61.6 bal
Polşa — 59.6 bal
İspaniya — 56.7 bal
Fransa — 56.2 bal

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Sabah ölkəyə yağış yağacaq -

10.11.2026 12:50 Cəmiyyət

Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb

10.11.2026 12:33 Dünya

Ukrayna Rusiyanın təyyarə zavodunu vurdu

10.11.2026 11:59 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək