Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azad edilmiş ərazilərdə yaşayış sahələri ora köçür...
Azad edilmiş ərazilərdə yaşayış sahələri ora köçürülənlərin mülkiyyətinə verilir
Cəmiyyət

Azad edilmiş ərazilərdə yaşayış sahələri ora köçürülənlərin mülkiyyətinə verilir

Xpress.az Redaksiyası 23.07.2026 16:09

İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunda əksini tapıb.

İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək