Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Dənizdən hansı xəstəliklər keçə bilər? -
Dənizdən hansı xəstəliklər keçə bilər? -
Sağlamlıq

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Xpress.az Redaksiyası 24.07.2026 07:41

Yay mövsümündə çimərliklərə axın artsa da, hər dəniz sahəsi çimmək üçün təhlükəsiz hesab edilmir. Bəzi çimərliklərdə suyun keyfiyyəti gigiyenik normalara cavab vermədiyindən, bu ərazilərdə çimməyin sağlamlıq üçün hansı risklər yaratdığı maraq doğurur.

Xpress.az “azxeber.com”a istinadla xəbər verir ki, həkim-infeksionist Mərdan Əliyev dənizdən daha çox mədə-bağırsaq xəstəlikləri törədən virus və bakteriyaların keçə biləcəyini vurğulayıb.

"Dənizin suyu təmiz deyilsə, həmin sudan həm viruslar, həm də bakteriyalar insanlara yoluxa bilər. Suyun təmiz olub-olmaması hər il Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən çimərliklərdə aparılan monitorinqlər nəticəsində müəyyən edilir. Bu zaman suyun kolo-indeksi yoxlanılır.
 

Bəzi çimərliklərdə bu göstərici normaya uyğun olmur. Bu isə dəniz suyunun çirklənmə səviyyəsinin normadan yüksək olduğunu göstərir. Çirklənmə səviyyəsinin normadan yüksək olması isə dənizdə virus və bakteriyaların mövcudluğu deməkdir. Söhbət əsasən mədə-bağırsaq xəstəlikləri törədən virus və bakteriyalardan gedir. Məsələn, Hepatit A virusu, enteroviruslar və rotaviruslar dəniz suyu vasitəsilə yoluxa bilər.


Bunlardan qorunmaq üçün dəniz suyunun təmizliyi normaya uyğun olmayan ərazilərdə çimməmək lazımdır. Çalışmaq lazımdır ki, üz və baş hissəsi suya salınmasın. Hətta bədənin beldən aşağı hissəsinin suya salınması daha məqsədəuyğundur. Ayaqları suya salmaq kifayət edir. Həmçinin, bədəndə yara olduqda dənizə girmək düzgün deyil”,- deyə infeksionist qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək