Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət FHN əhaliyə müraciət etdi
FHN əhaliyə müraciət etdi
Cəmiyyət

FHN əhaliyə müraciət etdi

Xpress.az Redaksiyası 24.07.2026 10:30

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Xpress.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir:

"Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Həmçinin, isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın risklərini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, aşkar edilən qüsurlar dərhal aradan qaldırılmalı, əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli və siqaret çəkilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Habelə, meşə sahələrinə yaxın ərazilərdə yaşayan və təbiət qoynunda istirahətə yollanan vətəndaşlar nəzərə almalıdırlar ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Göygöldə milli dəyərlərin bayramı: V Milli Yaylaq Festivalından

24.07.2026 18:43 Mədəniyyət

ABŞ dolları ilə vəsaitin yatırılması və çıxarılması asanlaşdı

24.07.2026 17:55 İqtisadiyyat

MM: ABŞ Konqresinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir

24.07.2026 17:18 Siyasət

Xarici turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub -

24.07.2026 17:04 Ana səhifə

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi -

24.07.2026 16:50 Siyasət

Dövlət Proqramının nəticələri AÇIQLANDI:

24.07.2026 15:27 Ana səhifə

İcra başçısı rəisi işdən çıxardı

24.07.2026 15:12 Cəmiyyət

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub

24.07.2026 13:24 Mədəniyyət

"Space TV"nin bank hesablarına həbs qoyuldu

24.07.2026 13:13 Cəmiyyət

Dəhşətli istilər gəlir –

24.07.2026 11:00 Cəmiyyət

"Qoy işığı söndürüm" - Hamının zarafata çevirdiyi mahnı necə yarandı?

24.07.2026 09:57 Şou-Biznes

Bakıda bu evlərin qiyməti kəskin qalxır

24.07.2026 08:02 Cəmiyyət

Dənizdən hansı xəstəliklər keçə bilər? -

24.07.2026 07:41 Sağlamlıq

Moped sürənlərin

23.07.2026 18:47 Cəmiyyət

Bankomatlarda 1 və 5 manatlıq əskinaslar

23.07.2026 18:46 Cəmiyyət

Stomatoloq açıqladı:

23.07.2026 18:15 Sağlamlıq

Sosial yardım alanların nəzərinə

23.07.2026 17:59 İqtisadiyyat

Bu universitetə magistr qəbulu ləğv edildi

23.07.2026 17:41 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək