Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Şou-Biznes "Qoy işığı söndürüm" - Hamının zarafata çevirdiyi...
"Qoy işığı söndürüm" - Hamının zarafata çevirdiyi mahnı necə yarandı?
Şou-Biznes

"Qoy işığı söndürüm" - Hamının zarafata çevirdiyi mahnı necə yarandı?

Xpress.az Redaksiyası 24.07.2026 09:57

Elə mahnılar var ki, onu hər kəs əzbər bilir, zümzümə edir, amma necə və hansı hansı hekayə əsasında yarandığını az adam bilir. Müəlliflərin xatirələri, ifaçıların etirafları, maraqlı faktlar - hər mahnının öz taleyi var.

Aygün Kazımovanın ifasında sevilib populyarlıq qazanan "Sənsizliyim" mahnısı haqda maraqlı faktları təqdim edirik. 

Yaranma tarixi və müəlliflər

Çoxlarının "Qoy işığı söndürüm" deyə bildiyi bu mahnının musiqisi bəstəkar Rövşən Şərəfli, sözləri şair Vahid Əzizə aiddir.  Mahnı 1998-ci ildə hazırlanıb və 1999-cu ilin əvvəlində Aygün Kazımovanın eyniadlı albomunda işıq üzü görüb.  Mahnı ayrılıq, tənhalıq və itirilmiş sevginin yaratdığı boşluq hissini ifadə edir. "Qoy işığı söndürüm" ifadəsi də məhz həmin daxili qaranlığın və ümidsizliyin poetik rəmzidir. Bu mahnı yayımlandığı dövrdə böyük rezonans doğurmuşdu. Həm melodiyası, həm də "Qoy işığı söndürüm" ifadəsi qısa müddətdə dillər əzbərinə çevrilmişdi. 

Sözlərin ünvanı

Mahnının sözlərinin müəllifi Vahid Əziz müxtəlif müsahibələrində bildirib ki, bu şeir konkret bir insana həsr edilməyib. Onun sözlərinə görə, əsər ayrılıq yaşayan hər bir insanın hisslərini ifadə edən ümumiləşdirilmiş poetik nümunədir. Şair qeyd edib ki, mahnının bu qədər seviləcəyini əvvəlcədən gözləmirdi.

Aygün Kazımovanın karyerasındakı dəyişiklik

İfaçısı Aygün Kazımova dəfələrlə bu mahnını yaradıcılığının ən uğurlu əsərlərindən biri adlandırıb. O bildirib ki, konsertlərində insanlar ilk akkordlardan mahnını birlikdə oxumağa başlayırlar və illər keçsə də, əsər köhnəlmir. Hətta keçmiş konsertlərinin birində mahnının bu qədər populyarlaşacağını gözləmədiyini də deyib. O qeyd edib ki, bu mahnı onun karyerasında da mühüm dəyişiklik kimi yaddaşında qalıb. 

Dövrün ən yaddaqalan ekran əsəri 

Mahnının klipinin rejissoru Aqil M. Quliyev olub. Klip 1999-cu ildə Azərbaycan şou-biznesində ən yadda qalan ekran işlərindən biri hesab edilir. Bu iş həmin dövr üçün yenilik sayılırdı. Klipdəki qaranlıq rənglər, işıq effektləri və minimalist üslub mahnının kədərli ovqatını gücləndirdiyi üçün televiziya tamaşaçılarının yaddaşında qalmış və daha da sevilməsində xüsusi rol oynamışdı.

"Qoy işığı söndürüm" parodiyaların mərkəzində 

Mahnı yayımlandıqdan sonra qısa müddətdə dillər əzbəri olub. "Qoy işığı söndürüm" ifadəsi gündəlik danışıqda və mətbuatda tez-tez işlədilən məşhur ifadələrdən birinə çevrilib. Mahnının populyarlığı o qədər artmışdı ki, bu ifadə əsasında parodiyalar da hazırlanmışdı. Mahnı ilə bağlı ən məşhur rəvayətlərdən biri ondan ibarətdir ki, o dövrdə tez-tez elektrik kəsintiləri yaşandığı üçün insanlar zarafatla "BARMEK də Aygünün mahnısını eşidib işığı söndürür", deyirdilər. 

Söndürülən işıqda yeni cərəyanlar 

Əsər 1999-cu ildə yayımlansa da, sonrakı illərdə yeni nəfəs alıb. 2024-cü ildə Aygün Kazımova "S.O.S." mahnısında "Qoy işığı söndürüm" ifadəsinə istinad edərək öz klassik hitinə göndəriş edib.  Mahnı müxtəlif ifaçılar tərəfindən yenidən səsləndirilib. Məsələn, DÖNGƏ qrupu onu folk-rok üslubunda təqdim edib, 2026-cı ildə isə Nəsimi Məmmədov yeni versiyasını ifa edib.

Doğum günündə yenidən doğulmaq 

Mahnı 27 il keçməsinə baxmayaraq hələ də sevərək dinlənilir. Maraqlı məqamlardan biri də odur ki, mahnı 26 yanvar tarixində təqdim olunub. Həmin gün 28 yaşını qeyd edən müğənni həm də karyeasının yüksəlişinə keçərək özünə doğum günü hədiyyəsi etməyi bacarmışdı./Lent.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək