Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “Xəzərin sahilindən…” -
“Xəzərin sahilindən…” -
Mədəniyyət

“Xəzərin sahilindən…” - EKRANDAN KITABA - FOTO

Xpress.az Redaksiyası 21.07.2026 12:50

Ölkənin müxtəlif telekanallarında yayımlanan “Xəzərin sahilindən…” verilişinin 10 yaşı tamam olur. Milli mətbuatın yaranmasının 151-ci ildönümü ərəfəsində telesilsilənin materialları kitab şəklində işıq üzü görüb.

Layihənin rəhbəri və aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar olan populyar verilişin 10 illik fəaliyyətini əks etdirən nəşrin təqdimat mərasimində bu il ölkəmizin ilk televiziyasının yaranmasının 70 illiyi, radiosunun isə 100 illik fəaliyyəti də diqqət mərkəzində olub. Verilişin qəhrəmanları olmuş ictimai-siyasi xadimlərin, tanınmış ziyalıların, media nümayəndələrinin iştirak etdikləri məclisdə qeyd olunub ki, tarixi ənənəyə söykənən bu milli-mənəvi dəyər müasir televiziyaların da yaradıcılığına öz təsirini göstərir.

ADPU-nun prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, Milli Məclisin üzvü Jalə Əliyeva, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, “Sağlamlığın Qorunması” İB-nin sədri, tibb elmləri doktoru Yazgül Abdiyeva, Əməkdar jurnalist, professor Etibar Babayev, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli və digər çıxış edənlər verilişin 10 il ərzində tamaşaçı rəğbəti qazandığını, cəmiyyət üçün maraqlı mövzulara toxunduğunu və peşəkar televiziya layihəsi kimi özünəməxsus yer tutduğunu bildiriblər.

Kitabın diqqətçəkən özəlliklərindən biri də onun interaktiv formatda hazırlanmasıdır. Hər bir müsahibənin önündə xüsusi QR kod yerləşdirilib. Oxucu həmin kod vasitəsilə birbaşa “YouTube” platformuna keçərək müsahibənin televiziya versiyasını izləyə bilir. Beləliklə, kitab həm oxu materialı, həm də audiovizual yaddaşla canlı bağlantı yaradan çağdaş informasiya resursuna çevrilir.

Mütəxəssislərin fikrincə, bu yanaşma Azərbaycanda çap məhsullarının rəqəmsal imkanlarla zənginləşdirilməsi yönündə uğurlu örnəklərdən biridir və kitabı klassik nəşr çərçivəsindən çıxararaq çoxformatlı mədəni layihə səviyyəsinə yüksəldir.

Sonda layihənin və kitabın müəllifi Fəxriyyə Lilpar toplunu imza ilə iştirakçılara hədiyyə edib.

"Xalq qəzeti"

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək