Cəmiyyət
İcra başçısı rəisi işdən çıxardı
Xpress.az Redaksiyası
24.07.2026 15:12
Biləsuvar Rayon Kommunal Müəssisələr Kombinatının rəisi dəyişib.
Bununla bağlı icra başçısı Faiq Qürbətov müvafiq sərəncam imzalayıb.
Belə ki, sərəncamla Ceyhun Həyatov vəzifəsindən azad edilib, onun yerinə Zaur Kazımov təyin olunub.
Qeyd edək ki, C.Həyatov 2021-ci ildən bu vəzifəni icra edirdi.