Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Alimentlə bağlı çoxlarının bilmədiyi
Alimentlə bağlı çoxlarının bilmədiyi
Cəmiyyət

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Xpress.az Redaksiyası 25.07.2026 10:20

Boşanmaların sayının durmadan artdığı bir dövrdə cəmiyyətdə ən aktual müzakirə mövzularından biri alimentdir. Hətta bəziləri deyir ki, qadınlar alimentə görə boşanırlar.

Nəzərə alaq ki, qanunvericiliyə görə uşağın qaldığı tərəfə digər valideyn aliment ödəyir. Hər uşaq üçün isə alimentin miqdarı minimum 260 manatdır. Əgər dağılan ailədə 2 uşaq varsa o zaman digər valideyn 520, 3 uşaq varsa 780 manat hər ay aliment ödəməlidir. İstər 520, istərsə də 780 manat indiki vaxtda kifayət qədər ciddi məbləğdir. Hələ onu demirik ki, indiki şəraitdə bəzi valideynlər kifayət qədər yüksək əmək haqqı alırlar.

Bu zaman alimentin miqdarı kifayət qədər yüksək olur.

Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Belə vəziyyətdə sərəncamına aliment daxil olan valideyn vəsaiti tam olaraq təyinatı üzrə xərcləmir, onun bir hissəsini müxtəlif məqsədlər üçün, o cümlədən öz mənafeyi üçün xərcləyir.

Ona görə də çoxları belə hesab edir ki, aliment valideynə yox, uşağa ödənilməlidir.

Bəs qanun nə deyir?

Qeyd edək ki, bu məsələ Ailə Məcəlləsinin 55.3-cü maddəsiylə tənzimlənir. Həmin maddədə qeyd olunub ki, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Ona görə də aliment ödəyən valideyndə vəsaitin təyinatı üzrə ödənilməməsinə dair hər hansı bir şübhə yaranarsa, o zaman AM-nin bu maddəsinə istinad etmək olar.

Çünki heç bir hal digər valideynin aliment öhdəliyinin azaldılmasına əsas vermir. Ona görə ki, aliment uşağa məxsusdur, uşağın öz valideynindən bəlli məbləğdə aliment almaq hüququ var. Valideynlərdən birinin alimenti təyinatı üzrə xərcləməməsi digər valideynin uşağın qarşısında olan öhdəliyinin azaldılmasına əsas vermir.

Odur ki, belə mübahisələr yarandığı zaman sərəncamına aliment daxil olan valideyn alimenti təyinatı üzrə xərclədiyini sübut etmə vəzifəsi daşıyır.

Əgər sərəncamına aliment daxil olan valideyn belə sübutlar təqdim edə bilmirsə, deməli, aliment tam olaraq təyinatı üzrə xərclənmir. Bu halda məhkəmə uşağın mənafeyini müdafiə etməli və alimentin 50 faizdən çox olmayan məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarmalıdır.

Bank hesabına daxil olan vəsait uşağa məxsus olur və uşaq yetkinlik yaşına çatdıqda həmin vəsait üzərində sərəncam vermək hüququ əldə edir.

Bəzi hallarda uşaq 14 yaşına çatdıqda belə hüququ yarana bilər.

Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 12-ci maddəsinin axırıncı hissəsinə görə uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Ona görə də bu maddədə göstərilən əsaslar olduqda 14 yaşına çatmış uşaq bank hesabındakı aliment üzərində sərəncam vermək hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər.

Nəzərə alınmalıdır ki, MM-in 30.2.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan uşaqların ixtiyarı var ki, valideynlərinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin.

Nəzərə alaq ki, bank hesabında olan aliment də “digər gəlir” hesab olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək