Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 M.Ferstappen: Podiumu gözləmirdim
M.Ferstappen: Podiumu gözləmirdim
Formula-1

M.Ferstappen: Podiumu gözləmirdim

Xpress.az Redaksiyası 26.07.2026 10:03

Macarıstan Qran Prisini ikinci pillədə başa vuran Maks Ferstappen yarışdan sonra mətbuata açıqlama verib.

Xpress.az xəbər verir ki, Hungarorinqdə çətin keçən yarışda güclü performans nümayiş etdirərək ikinci yeri tutan niderlandlı sürücü, damalı bayraqdan sonra gözləmədiyi, lakin məmnun qaldığı nəticə əldə etdiklərini bildirib.

Xüsusilə pit-stoplardan sonra 1-ci döngəyə əyləcləmə zamanı Lyuis Həmiltonu geridə qoyaraq podium uğrunda mübarizədə üstünlük qazanan Red Bullkomandasının pilotu yarışdan sonra strategiya və təkərlərin idarə edilməsinin həlledici rol oynadığını vurğulayıb.

Yarış boyu limitlərdə sürdüyünü deyən Maks Ferstappen podium mübarizəsini və Həmiltonu keçdiyi anı belə dəyərləndirib: “Düzünü desəm, bu gün podiuma çıxacağımı gözləmirdim. Amma bunun üçün komanda olaraq çox ciddi işlədik. Startı və ilk iki döngəni problemsiz keçmək bizim üçün çox vacib idi. İlk pit-stopdan sonra 1-ci döngəyə gec əyləcləmə ilə daxil olub Lyuisi geridə qoymağı bacardım. Bundan sonra əsas məqsədimiz təkərləri qorumaq, yarışı problemsiz başa vurmaq və strategiya baxımından düzgün qərarlar vermək idi. Buradakı şəraiti nəzərə alsaq, ikinci yeri tutduğumuz üçün son dərəcə xoşbəxtəm”.

Yeddiqat dünya çempionu Lyuis Həmiltonu necə keçdiyi ilə bağlı suala cavab verən niderlandlı pilot bunları əlavə edib: “Fürsəti gördüm. Düzünü desəm, yeganə şansım o idi və mən də bundan istifadə etdim. Bolidimizin əyləc performansı çox yaxşıdır. Bu da həmin manevrdə mənə kömək etdi. Lakin hər şey tam nəzarətim altında idi”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək