Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Magistraturaya ixtisaslaşma seçiminin
Magistraturaya ixtisaslaşma seçiminin
Təhsil

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

Xpress.az Redaksiyası 27.07.2026 10:15

Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
 

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.


Qeyd edək ki, 27 iyul saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi - 14251, rus bölməsi - 1382) ərizəsini təsdiq edib.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.

Bakalavrın seçdiyi ixtisaslaşmalar seçim cədvəlinə əsasən onun seçmək hüququ olduğu və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün həmçinin xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı "Magistr" jurnalının 4-cü nömrəsində təqdim olunub). "Magistr" jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

28.07.2026 20:31 Cəmiyyət

Tramp İrana xəbərdarlıq etdi:

28.07.2026 20:20 Dünya

Gürcüstanın mədəniyyət naziri istefa verdi

28.07.2026 20:12 Dünya

“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən İranın qərarına sərt reaksiya

28.07.2026 19:46 Media

Bu şəxslərin maaşı artırılacaq

28.07.2026 17:20 Cəmiyyət

Telefonu uzun müddət qulaqda saxlamaq beyinə zərər verirmi? – Mütəxəssislər nə deyir?

28.07.2026 15:55 Sağlamlıq

Azərbaycan əleyhinə qərara

28.07.2026 15:52 Ana səhifə

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə edildi

28.07.2026 15:45 Cəmiyyət

Prezident üç səfiri geri çağırdı -

28.07.2026 14:46 Cəmiyyət

Prezident Tacikistana yeni səfir təyin etdi –

28.07.2026 14:21 Cəmiyyət

Dövlət xəstəxanalarında ürəyin MRT müayinəsi niyə aparılmır?

28.07.2026 13:51 Sağlamlıq

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

28.07.2026 13:29 Təhsil

İndiki gənclər niyə övlad sahibi olmaq istəmir? Gələcəyimizi düşündürən sosial dəyişiklik

28.07.2026 13:09 Cəmiyyət

"Dürüst ad hər şeydən qiymətlidir!" -

28.07.2026 12:28 Ana səhifə

Azərbaycanlılar ən çox bunları axtarır -

28.07.2026 12:19 Cəmiyyət

Bu şəxslərə 3 il müavinət ödəniləcək

28.07.2026 11:53 Cəmiyyət

Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atdı

28.07.2026 11:28 Hadisə

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

28.07.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək