Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət V Milli Yaylaq Festivalında baş verən hadisə ilə b...
V Milli Yaylaq Festivalında baş verən hadisə ilə bağlı
Mədəniyyət

V Milli Yaylaq Festivalında baş verən hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Xpress.az Redaksiyası 26.07.2026 11:18

V Milli Yaylaq Festivalı zamanı baş vermiş hadisə ilə bağlı festivalın təşkilatçıları rəsmi açıqlama yayıblar.
Xpress.az xəbər verir ki, açıqlamada bəzi sayt və KİV-lərdə yayılan "səhnənin aşması" barədə məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd olunub ki, festivalın əsas səhnəsi tədbir boyunca fasiləsiz fəaliyyət göstərib, ikinci günün konsert proqramı isə saat 22:00-dək uğurla davam edib.

Məlumata görə, hadisə əsas səhnədə deyil, cıdır meydanının yaxınlığında yerləşən, atlar üçün nəzərdə tutulmuş samanın saxlanılması məqsədilə qurulmuş yüngül taxta konstruksiyalı, qarğı örtüklü çardaqda baş verib. Həmin çardaq insanların istifadəsi üçün nəzərdə tutulmayıb, masa və oturacaqlarla təchiz edilməyib, həmçinin burada hər hansı xidmət təşkil olunmayıb.

Təşkilat Komitəsi bildirib ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır və yekun nəticələr araşdırmiş məlumatların çatdırma başa çatdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Açıqlamada baş vermiş hadisədən dərin təəssüf hissi ifadə olunub, yüngül xəsarət alan vətəndaşlara tezliklə şəfa arzulanıb.

Bununla yanaşı, media qurumları və informasiya resurslarına müraciət edilərək dəqiqləşdirilməmiş məlumatların yayılmaması, ictimaiyyətə yalnız rəsmi və təsdiqlənmiş məlumatların çatdırılması xahiş olunub.

Sonda vurğulanıb ki, xalqımızın zəngin mədəni irsini, yaylaq həyatını, qədim elat ənənələrini və milli-mənəvi dəyərlərini yaşadan V Milli Yaylaq Festivalı iki gün ərzində on minlərlə ziyarətçini qəbul edərək yüksək təşkilatçılıq şəraitində uğurla keçirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək