Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu şəxslərə 3 il müavinət ödəniləcək
Bu şəxslərə 3 il müavinət ödəniləcək
Cəmiyyət

Bu şəxslərə 3 il müavinət ödəniləcək - Əmlaklarına çıxarış veriləcək

Xpress.az Redaksiyası 28.07.2026 11:53

"Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar".

Manset.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək:

"Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur. Yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq.  Eyni zamanda, məsələn, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni, tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək