Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niy...
Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?
Təhsil

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

Xpress.az Redaksiyası 28.07.2026 13:29

Riyaziyyat, fizika, kimya, biologiya kimi ixtisaslara marağın azalması son illər ali təhsil sistemində də özünü göstərir. Belə ki, 2025-ci il üzrə "Abituriyent" jurnalının 7-ci sayında dərc olunan boş qalan plan yerlərinin siyahısında qeyd edilən ixtisaslar yer alıb.

Bəs bu sahələrə olan marağın azlığı nə ilə bağlıdır?

Bizim.Media mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndinin fikrini öyrənib.

O, hesab edir ki, bunun əsas səbəblərindən biri bəzi ixtisasların pedaqoji status verməməsi və məzunların sonradan müəllimlərin işə qəbulu prosesində məhdudiyyətlərlə üzləşməsidir:

“Hər il riyaziyyat, fizika, kimya, biologiya və digər ixtisaslar üzrə ali təhsil müəssisələrində plan yerləri boş qalır. Həmin ixtisaslar pedaqoji dərəcə vermədiyi üçün abituriyentlər tərəfindən onlara o qədər də maraq göstərilmir. Çünki məzunlar gələcəkdə müəllimlərin işə qəbulu imtahanında ya iştirak edə bilmirlər ya da bir neçə il sonra iştirak edirlər. Ona görə də bu ixtisaslara maraq azdır”.

Ekspert qeyd edir ki, plan yerləri bu ixtisaslar üzrə azaldılmalı, pedaqoji ixtisaslarda isə artırılmalıdır.

Məsələ yalnız ali təhsil müəssisələrində boş qalan plan yerləri ilə məhdudlaşmır. Təhsil sahəsində çalışan bəzi mütəxəssislər bildirirlər ki, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və s. kimi əsas fənlər üzrə məktəblərdə də hər il xeyli vakant yer boş qalır. Xüsusilə regionlarda bu daha çox müşahidə edilir.

Bəs doğrudanmı bu fənlər üzrə müəllim çatışmazlığı var və vakant yerlər niyə dolmur?

E. Əfəndinin sözlərinə görə, sözügedən boş vakant yerlər əsasən regionlarda görünür:

“Müəllimlərin işə qəbulu imtahanında həmin fənlərin vakant yerlərin tutulmamasına gəlincə, bu yerlər əsasən paytaxtdan kənar bölgələrdə yerləşir və müəllimlər bu ərazilərdə işləməyə maraq göstərmirlər. Əsas səbəbləri kimi əməkhaqqının az olması, həmin yerlərdə yaşayış imkanlarının məhdudluğu və əlavə maliyyə xərcləri göstərilir. Nəticədə, yalnız istisna hallarda ucqar yaşayış məntəqələrindəki vakant yerlər tutulur, qalanlarının isə böyük əksəriyyəti boş qalır”.

Ekspert təklif edir ki, vakant yerlərin doldurulması üçün həvəsləndirici tədbirlər daha da genişləndirilməlidir.

Onun fikrincə, təsirli alternativ motivasiya və həvəsləndirmə tədbirləri həyata keçirilməklə boş qalan vakant yerlərin doldurulmasına nail olmaq mümkündür.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

28.07.2026 20:31 Cəmiyyət

Tramp İrana xəbərdarlıq etdi:

28.07.2026 20:20 Dünya

Gürcüstanın mədəniyyət naziri istefa verdi

28.07.2026 20:12 Dünya

“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən İranın qərarına sərt reaksiya

28.07.2026 19:46 Media

Bu şəxslərin maaşı artırılacaq

28.07.2026 17:20 Cəmiyyət

Telefonu uzun müddət qulaqda saxlamaq beyinə zərər verirmi? – Mütəxəssislər nə deyir?

28.07.2026 15:55 Sağlamlıq

Azərbaycan əleyhinə qərara

28.07.2026 15:52 Ana səhifə

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə edildi

28.07.2026 15:45 Cəmiyyət

Prezident üç səfiri geri çağırdı -

28.07.2026 14:46 Cəmiyyət

Prezident Tacikistana yeni səfir təyin etdi –

28.07.2026 14:21 Cəmiyyət

Dövlət xəstəxanalarında ürəyin MRT müayinəsi niyə aparılmır?

28.07.2026 13:51 Sağlamlıq

İndiki gənclər niyə övlad sahibi olmaq istəmir? Gələcəyimizi düşündürən sosial dəyişiklik

28.07.2026 13:09 Cəmiyyət

"Dürüst ad hər şeydən qiymətlidir!" -

28.07.2026 12:28 Ana səhifə

Azərbaycanlılar ən çox bunları axtarır -

28.07.2026 12:19 Cəmiyyət

Bu şəxslərə 3 il müavinət ödəniləcək

28.07.2026 11:53 Cəmiyyət

Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atdı

28.07.2026 11:28 Hadisə

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

28.07.2026 11:12 Cəmiyyət

Əli Əsədov TƏBİB rəhbərini bu vəzifədən azad etdi

28.07.2026 11:07 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək