Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 Malayziya Formula 1 təqviminə qayıdır
Malayziya Formula 1 təqviminə qayıdır
Formula-1

Malayziya Formula 1 təqviminə qayıdır

Xpress.az Redaksiyası 26.07.2026 09:33

Formula 1 rəhbərliyi, FIA, Bəhreyn hökuməti və Malayziya hökuməti arasında əldə olunan razılaşmadan sonra Formula 1 təqvimində son illərin ən maraqlı yeniliklərindən biri rəsmiləşib.

Xpress.az xəbər verir ki, əslində Bəhreyndə keçirilməsi planlaşdırılan, lakin Yaxın Şərqdəki gərginlik səbəbindən baş tutmayan yarış üçün Sepanq Beynəlxalq Avtodromu qapılarını Formula 1-in üzünə açacaq. 2-4 oktyabr tarixlərində, Azərbaycan və Sinqapur Qran-priləri arasındakı həftəsonuna əlavə edilən yarış bütün rəsmi təsdiqlər tamamlandıqdan sonra “Formula 1 Gulf Air Bahrain Grand Prix in Malaysia” adı ilə təşkil olunacaq.

Bununla da 2026-cı il mövsümündə yarışların ümumi sayı 23-ə yüksələcək. Təqvimin qalan hissəsində isə heç bir dəyişiklik edilməyəcək.

Formula 1-in baş İcraçı Direktoru Stefano Domenikali: Sepanq Formula 1 tarixində xüsusi yerə malikdir

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qərardan sonra verdiyi açıqlamada həm idmanın çevikliyini, həm də Malayziyanın Formula 1-ə qayıdışını vurğulayıb: “Malayziyanın 2026-cı ildə Bəhreyn Qran Prisinə ev sahibliyi edəcəyini təsdiqləməkdən böyük məmnunluq duyuruq.

İdmanımız bir daha şəraitə sürətlə uyğunlaşmaq, həll yolu tapmaq və onu həyata keçirmək bacarığını nümayiş etdirdi. Bu da bütün Formula 1 azarkeşləri üçün həyəcanverici bir hadisədir.

Bu möhtəşəm nəticənin əldə olunmasına öz uzaqgörənliyi, qətiyyəti və operativ qərarları ilə töhfə verən Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifəyə, vəliəhd şahzadə Salman bin Həməd Əl-Xəlifəyə, həmçinin Malayziya Kralı Sultan İbrahimə və hökumətinə səmimi təşəkkürümü bildirirəm.

Eyni zamanda, proses boyunca göstərdiyi əməkdaşlığa görə FIA prezidenti Məhəmməd Ben Sulayemə də minnətdarlığımı çatdırıram.

Ən vacibi isə budur ki, bu qərar azarkeşlərimiz üçün əla xəbərdir. Onlar təkcə dolu və maraqlı Formula 1 təqvimini izləməyəcək, eyni zamanda idmanımızın əfsanəvi məkanlardan birinə qayıdışının şahidi olacaqlar.

Malayziya möhtəşəm ölkədir və Sepanq Formula 1 tarixində həqiqətən xüsusi yer tutur. Bu yarış həm trasdakı, həm də ekran qarşısındakı azarkeşlər üçün unudulmaz təcrübə olacaq”.

Təşkilatın rəsmən qüvvəyə minməsi üçün Ümumdünya Avtoidman Şurasının (WMSC) yekun təsdiqi tələb olunur. Bundan sonra biletlərin satış tarixi və yarış həftəsonunun ətraflı proqramı Formula 1 rəhbərliyi tərəfindən yaxın vaxtlarda açıqlanacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək