Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya TİGAD nümayəndələri
TİGAD nümayəndələri
Dünya

TİGAD nümayəndələri Tuzlucada

Xpress.az Redaksiyası 08.08.2026 17:52

Türkiyə İnternet Jurnalistikası Dərnəyi (TİGAD) tərəfindən təşkil olunan 13-cü Rəqəmsal Media Seminarı çərçivəsində İğdırda olan jurnalistlər, media rəhbərləri və akademiklər Tuzluca rayonunu ziyarət ediblər.

Xpress.az xəbər verir ki, Türkiyənin müxtəlif şəhərlərindən təxminən 150 media nümayəndəsi və akademikin iştirak etdiyi seminar çərçivəsində baş tutan səfər zamanı jurnalistlər Tuzlucanın tarixi, mədəni və təbii gözəllikləri ilə yaxından tanış olublar.

6–10 avqust 2026-cı il tarixlərində İğdırda keçirilən seminar zamanı rəqəmsal medianın gələcəyi, internet jurnalistikasında baş verən dəyişikliklər və yeni media sahəsindəki yeniliklər müzakirə olunur.

Seminar proqramı çərçivəsində təşkil edilən Tuzluca səfərinin əsas məqsədi rayonun turizm və mədəni dəyərlərinin tanıdılmasına töhfə verməkdir.

Aysel İbrahimli

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək