Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rəqəmsal media nümayəndələri İğdırın tarixi irsi i...
Rəqəmsal media nümayəndələri İğdırın tarixi irsi ilə tanış olublar:
Dünya

Rəqəmsal media nümayəndələri İğdırın tarixi irsi ilə tanış olublar: Ejder Kervansarayına səfər

Xpress.az Redaksiyası 08.08.2026 18:04

Jurnalistlər Ağrı dağının ətəklərində tarixin izləri ilə tanış oldular.

Türkiyə İnternet Jurnalistləri Dərnəyi (TİGAD) tərəfindən İğdırda təşkil olunan 13-cü Rəqəmsal Media Çalıştayı çərçivəsində Türkiyənin müxtəlif şəhərlərindən bölgəyə gələn jurnalistlər, media rəhbərləri və akademiklər Tuzluca ilçəsinə səfər ediblər.
Təxminən 150 media nümayəndəsi və akademikin iştirak etdiyi çalıştay çərçivəsində təşkil olunan səfər iştirakçılara İğdırın zəngin tarixi, mədəni irsi və təbii gözəllikləri ilə yaxından tanış olmaq imkanı yaradıb.

Xpress.az xəbər verir ki,6–10 avqust 2026-cı il tarixlərində keçirilən çalıştayda rəqəmsal medianın gələcəyi, internet jurnalistikasında baş verən dəyişikliklər, yeni media texnologiyaları və müasir jurnalistikanın qarşısında duran məsələlər müzakirə olunur.

Jurnalistlərin səfəri zamanı diqqət çəkən məkanlardan biri Ağrı dağının ətəklərində yerləşən tarixi Iğdır Kervansarayı, digər adı ilə Ejder Kervansarayı olub.
Əsrlər boyu bölgədən keçən ticarət yollarının mühüm dayanacaqlarından biri olan karvansaray bu gün də öz möhtəşəm daş quruluşu ilə keçmişin izlərini yaşadır. Tarixi mənbələrdə abidənin XIII əsrin sonu – XIV əsrin əvvəllərinə aid olduğu bildirilir.

Orta əsrlərdə Şərqi Anadolu ilə Qafqaz, Naxçıvan və İran istiqamətində hərəkət edən karvan yolları bölgənin iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu yollar üzərində inşa edilən karvansaraylar isə tacirlərin, səyyahların və yolçuların dincəlməsi, gecələməsi və təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyıb.

Ağrı dağının əzəmətli siluetinin müşayiət etdiyi tarixi karvansaray da həmin dövrün canlı şahidlərindən biri kimi bu günə qədər gəlib çatıb.

Jurnalistlər karvansarayda olarkən yalnız qədim memarlıq nümunəsi ilə deyil, həm də bölgənin əsrlər boyu müxtəlif mədəniyyətlər arasında yaratdığı əlaqələrin izləri ilə tanış olublar.

Daş divarlarda yaşayan tarix
Karvansarayın möhkəm daş divarları, qapalı memarlıq quruluşu və müdafiə xarakterli xüsusiyyətləri orta əsrlərin yol şəraitini və karvanların üzləşdiyi təhlükələri təsəvvür etməyə imkan verir.
Bu gün səssiz görünən həmin məkan əsrlər əvvəl ticarət karvanlarının səs-küyünə şahidlik edib. Uzaq şəhərlərdən gələn tacirlər burada gecələyib, yolçular dincəlib, müxtəlif coğrafiyalardan gələn insanlar bir-biri ilə ünsiyyət qurub.

Aysel İbrahimli

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək