Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Mingəçevirdə növbəti “Kürü keçək?!” yarışı baş tut...
Mingəçevirdə növbəti “Kürü keçək?!” yarışı baş tutub
İdman

Mingəçevirdə növbəti “Kürü keçək?!” yarışı baş tutub

Xpress.az Redaksiyası 08.08.2026 17:49

Bu gün Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçirilib. 

Xpress.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. 

Sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil olunan "Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfə təşkil edilib. 

Yarış 12 yaşdan 75 yaşadək üzgüçüləri bir araya gətirib. Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunub – 350 metr və 1000 metr. İştirakçılar kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə mübarizə aparıblar.  

Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda qalib adını qazananlar bunlardır:

350 metr:

12-17 yaş (qızlar)

1. Aleksandra Slepenko 

12-17 yaş (oğlanlar)

1. Yusif Sofiyev

18-23 yaş (qızlar)

1. Gülarə Nəzərova 

18-23 yaş (oğlanlar)

1. Matsvey Danilau

24-35 yaş (qızlar)

1. Tubu Abdulzade 

24-35 yaş (oğlanlar) 

1. Hüseyn İsnayıllı

36-55 yaş (qadınlar)

1. Yelena Dubentsova 

36-55 yaş (kişilər)

1. Roman Vladıka 

56-70 yaş (qadınlar)

1. Natalya Baykova 

56-70 yaş (kişilər)

1. Pyotr Kuvshinov 

71 yaşdan yuxarı (kişilər)

1. Vaqif  Nəsibov 

1000 metr:

12-17 yaş (qızlar)

1. Məryam Cavadova 

12-17 yaş (oğlanlar)

1. Fərhad Şirməmmədli

18-23 yaş (qızlar)

1. Alisa Belaya 

18-23 yaş (oğlanlar)

1. Səid Həmidov 

24-35 yaş (qızlar)

1. Fatimə Alkərəmova 

24-35 yaş (oğlanlar) 

1. Zaur Arkaniya 

36-55 yaş (qadınlar)

1. Natalya Mordasova 

36-55 yaş (kişilər)

1. Roman Qalavatskiy 

56-70 yaş (qadınlar)

1. Olena Timçenko 

56-70 yaş (kişilər)

1. Anatoliy Baykov 

Qaliblərə mükafatları Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və digərləri təqdim ediblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək