Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xidmət zamanı sizdən pul tələb edilərsə, bu sənədi...
Xidmət zamanı sizdən pul tələb edilərsə, bu sənədi istəyin
Cəmiyyət

Xidmət zamanı sizdən pul tələb edilərsə, bu sənədi istəyin

Xpress.az Redaksiyası 10.08.2026 17:21

Vətəndaşların müxtəlif xidmətlərdən istifadə edərkən rəsmi qiymətdən əlavə pul ödəməsi ilə bağlı şikayətlər vaxtaşırı gündəmə gəlir. Bir sıra sahələrdə "əlavə ödəniş" adı ilə istənilən məbləğlərin nə dərəcədə qanuni olması sual doğurur.

Dövlət və ya özəl qurumlarda rəsmi haqqdan əlavə pul tələb edilməsi hansı hallarda qanunidir?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, vətəndaşların müxtəlif dövlət və özəl xidmətlərdən istifadə zamanı rəsmi ödənişdən əlavə pul tələbi ilə qarşılaşması hüquqi baxımdan ciddi suallar yaradır:

“Hüquqi baxımdan hər hansı əlavə ödənişin qanuni hesab edilməsi üçün onun konkret hüquqi əsası olmalıdır. Belə ödəniş qanunvericilikdə nəzərdə tutulduqda, təsdiq edilmiş tarifə əsaslandıqda, müqavilədə əvvəlcədən müəyyən edildikdə və ya vətəndaşın ayrıca seçdiyi əlavə xidmətin qarşılığı olduqda qanuni sayıla bilər. Dövlət qurumlarında isə vəziyyət daha fərqlidir. Dövlət xidmətinin göstərilməsi üçün müəyyən edilmiş rəsmi ödənişdən əlavə əməkdaşın öz təşəbbüsü ilə vətəndaşdan əlavə məbləğ tələb etməsi yolverilməzdir. Xidmətin göstərilməsi, sənədin verilməsi, növbənin irəli çəkilməsi və ya digər xidməti hərəkətin həyata keçirilməsi müqabilində şəxsi qaydada pul tələb olunması qanuni xidmət haqqı hesab edilə bilməz. Konkret hallardan asılı olaraq belə hərəkətlər hüquqi məsuliyyət məsələsi yarada bilər. Səhiyyə sahəsində əsas meyar xidmətin hüquqi statusudur. İcbari tibbi sığorta çərçivəsində qarşılanan xidmətlər üçün tibb işçisinin şəxsi qaydada əlavə pul tələb etməsi ilə qanunvericilikdə nəzərdə tutulan ödənişli və ya əlavə tibbi xidmət arasında fərq qoyulmalıdır. Əgər ödəniş rəsmi tarifə və ya qanuni mexanizmə əsaslanırsa, vətəndaşa bununla bağlı müvafiq məlumat və ödənişi təsdiq edən sənəd təqdim edilməlidir. Təhsil müəssisələrində də eyni prinsip tətbiq olunur. Ödənişli təhsil və ya qanunvericiliklə nəzərdə tutulmuş əlavə xidmətlər üçün haqq tələb edilə bilər. Lakin şagirdin və ya tələbənin əsas təhsil xidmətindən yararlanması, qiymətləndirilməsi, imtahana buraxılması və digər hüquqlarının təmin edilməsi üçün qeyri-rəsmi şəkildə pul tələb olunması ayrıca hüquqi qiymətləndirmə tələb edir”.

Elnur Məmmədov qeyd edib ki, özəl müəssisələrdə xidmətlərin qiyməti müqavilə əsasında müəyyən edilə bilər: 

“Lakin xidmətin qiyməti və əlavə ödənişlər barədə istehlakçı əvvəlcədən məlumatlandırılmalı, ödənişin hansı xidmətə görə tutulduğu aydın göstərilməlidir. Müəssisənin özəl olması əməkdaşa müştəridən rəsmi qiymətdən kənar, şəxsi qaydada pul tələb etmək hüququ vermir. Eyni zamanda, ödənişin “ianə”, “könüllü yardım”, “fond pulu” və ya “təşəkkür” adlandırılması da onun avtomatik olaraq qanuni olması demək deyil. Əgər vətəndaş həmin məbləği ödəmədikdə ona xidmət göstərilməyəcəyi, sənədinin verilməyəcəyi və ya digər hüququnun məhdudlaşdırılacağı bildirilirsə, belə ödənişin həqiqətən könüllü olub-olmaması sual doğurur. Belə hallarla qarşılaşan vətəndaş ilk növbədə ödənişin hansı qanun və ya normativ akt əsasında tələb edildiyini, məbləğin rəsmi tarifdə nəzərdə tutulub-tutulmadığını və ödəniş müqabilində rəsmi qəbz təqdim ediləcəyini dəqiqləşdirə bilər. Rəsmi ödənişdən əlavə tələb olunan hər bir məbləğ avtomatik olaraq qanunsuz hesab edilmir. Lakin belə ödənişin qanuni olması üçün onun hüquqi əsası, konkret xidmətlə əlaqəsi və rəsmi ödəniş mexanizmi olmalıdır. Qanuni əsas olmadan, xüsusilə vətəndaşın xidmət almaq hüququnu həmin ödənişlə şərtləndirməklə pul tələb edilməsi isə yolverilməzdir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək