Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reyt...
UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?
İdman

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

Xpress.az Redaksiyası 11.09.2026 11:15

Azərbaycan UEFA əmsallar cədvəlində həftəni 25-ci pillədə başa vurub.

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, cədvəl UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turun oyunlarında qeydə alınan nəticələrdən sonra yenilənib.

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə məğlub olması Azərbaycanın reytinq xalına təsir etməyib.

Azərbaycanın aktivində 23.687 xal qalıb. Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 xalı var. Bir pillə öndə - 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23.875-ə bərabərdir.

Qeyd edək ki, UEFA reytinqinə 103.130 xalla İngiltərə başçılıq edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək