Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə:...
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə:
Ana səhifə

Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO

Xpress.az Redaksiyası 13.09.2026 19:35

Sosial şəbəkələrdə son vaxtlar qarşımıza çıxan yeni prosedurlardan biri də sinə dolğusudur.

Kiçik süd vəzilərinə sahib qadınlara əməliyyata ehtiyac olmadan sinə həcminin artırılması təklif edilir.

Proseduru həyata keçirən kosmetoloqlar isə bunun qısa müddətdə nəticə verdiyini və gələcəkdə insan sağlamlığı üçün təhlükə yaratmadığını bildirirlər.

Prosesin diqqətçəkən digər məqamı isə Səhiyyə Nazirliyinin bir müddət əvvəl əhaliyə etdiyi müraciətdir. Belə ki, bəzi inyeksiya olunan estetik preparatların, o cümlədən dolğuların rəsmi qeydiyyat və keyfiyyət sənədləri olmadan istifadəsi qanunla qadağandır.

Belə maddələr ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Bu nə dərəcədə düzgün ola bilər? Qadının ən zərif yeri sinəsidir. Onu əvvəlcə yoxlatdırmalısan, mammoqrafiya etdirməlisən ki, daha sonra hansısa həkimə müraciət edə biləsən", - sakinlərdən biri deyib.

"Mən sinə dolğusuna pis baxıram. Dodaq nazikdirsə və ya burunda nəsə problem varsa, olar. Ancaq sinəyə dolğu etdirmək olmaz", - başqa bir sakin bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək