Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Demet Akalın Bakıdakı dəbdəbəli toya neçəyə gəlib?...
Demet Akalın Bakıdakı dəbdəbəli toya neçəyə gəlib? –
Mədəniyyət

Demet Akalın Bakıdakı dəbdəbəli toya neçəyə gəlib? – 1 milyon 750 min...

Xpress.az Redaksiyası 15.09.2026 15:55

Bir neçə gün əvvəl Bakıda keçirilən və məşhurların çıxışları ilə gündəmə gələn dəbdəbəli toy mərasimi ətrafında müzakirələr davam edir.

Sentyabrın 12-də “Böyük Saray”da keçirilən Nicat və Sitarənin toyunda səhnəyə çıxan məşhurlardan biri də Türkiyənin tanınmış müğənnisi Demet Akalın olub.

Türkiyədə sənətçilərin tədbir və toy proqramları üçün booking qiymətlərini açıqlayan mənbələrdə Demet Akalının 2026-cı il üçün səhnə qiyməti 1 milyon 750 min Türkiyə lirəsi göstərilir.

Bu məbləğ təxminən 70 min manata yaxındır. Lakin xarici ölkələrdə təşkil edilən özəl tədbirlərdə sənətçinin qonorarına uçuş, orkestr və texniki heyətin səfəri, yerləşmə və digər təşkilati xərclərin də əlavə oluna bildiyi bildirilir. Buna görə Demet Akalının Bakıdakı çıxışının ümumi xərcinin daha yüksək olması mümkündür. Booking şirkətləri də sənətçinin qiymətinin tədbirin növü, tarixi, məkan və lokasiyadan asılı olaraq dəyişdiyini qeyd edir.

Qeyd edək ki, sözügedən toyda Demet Akalınla yanaşı Xalq artistləri Aygün Kazımova və Röya Ayxan, İlqar Muradov, Xəyyam Nisanov və digər tanınmış sənətçilər də çıxış ediblər. Mətbuatda mərasimin ümumi xərcinin yüz minlərlə manat olduğu yazılıb. Bununla belə, Demet Akalına məhz Bakıdakı bu toy üçün ödənilən qonorarın dəqiq məbləği rəsmi olaraq açıqlanmayıb.(NOCOMMENT.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək