Azərbaycan qoruqları Koreyada təbliğ olunub - VİDEO
Koreya Respublikasının “EBS” televiziyasının çəkiliş qrupu 2026-cı ilin 5-25 iyun tarixlərində Azərbaycanda səfərdə olub.
Xpress.az Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, səfər çərçivəsində “EBS Documentary” layihəsi üçün Azərbaycan haqqında sənədli film çəkilişləri həyata keçirilib.
Çəkilişlər Azərbaycan müxtəlif bölgələrində, o cümlədən Bakı şəhər, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Quba rayonu, “Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu, Şəki şəhəri, “Kiş” Tarix-Memarlıq Qoruğu, "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, İsmayıllı rayonu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Naftalan şəhəri, Xızı, Qobustan, Palçıq Vulkanları Turizm Kompleksi, Lənkəran, Neftçala və Qəbələdə aparılıb.
“EBS Documentary” layihəsinin müəllifi yerli sakinlərlə görüşüb, adət-ənənələrlə tanış olub, milli təamlardan dadıb, tarixi abidələr və maddi-mədəniyyət nümunələri barədə məlumat əldə edib.