Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan u...
“Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq" -
Ana səhifə

“Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq" - AÇIQLAMA + FOTO

Xpress.az Redaksiyası 15.09.2026 14:10

“Pullu komediya” tamaşası üzərində işləmək mənim üçün maraqlı və xoş yaradıcılıq təcrübəsidir. Klod Manyenin “Oskar” pyesi əsasında ərsəyə gələn bu səhnə əsərində klassik komediya ruhunu qorumaqla yanaşı, hadisələri və personajları Azərbaycan tamaşaçısına daha yaxın, daha doğma formada təqdim etməyə çalışmışıq.

Xpress.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında yazıçı və tərcüməçi Xanım Aydın deyib.

O qeyd edib ki, tamaşa ilk növbədə izləyiciyə bol gülüş vəd edir: “Səhnə əsərində sevgi, pul və ailə münasibətləri, eləcə də insanın arzuları və bu istəklərin onu saldığı gülünc vəziyyətlər bir-birinə qarışıb. Hadisələr sürətlə dəyişir və tamaşaçı özünü gözlənilməz situasiyaların mərkəzində tapır. Tamaşada xüsusi bir nüans da var ki, əminəm, izləyicilərə çox doğma gələcək və səhnə işini onlara daha da sevdirəcək. Yaradıcı heyətdə çox istedadlı aktyorların yer alması işimizi daha uğurlu edir. Hər bir aktyor öz obrazına fərqli rəng qatır və məşqlər zamanı maraqlı məqamlar ortaya çıxır. Ümid edirəm ki, oktyabrda premyerası nəzərdə tutulan “Pullu komediya”dan tamaşaçılar zövq alacaq, xoş ovqat və gülüşlə ayrılacaqlar. Çünki yumor ən yaxşı terapiyadır”.

X.Aydın quruluşçu rejissor, Əməkdar artist Nicat Kazımovla əməkdaşlıqdan məmnunluğunu da ifadə edib: “Onun hadisələrə baxışı, komik situasiyaları səhnədə qurmaq bacarığı və aktyorlarla iş üslubu mətnin imkanlarını daha da genişləndirir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək