Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Amazonda təcrid olunmuş qəbilə insanlarla təmas qu...
Amazonda təcrid olunmuş qəbilə insanlarla təmas qurdu
Dünya

Amazonda təcrid olunmuş qəbilə insanlarla təmas qurdu

Xpress.az Redaksiyası 19.11.2026 08:10

Braziliyanın Amazon meşələrində xarici dünya ilə əlaqədən yayınan yerli Ava xalqının təxminən 20 nümayəndəsi nadir hallarda rast gəlinən addım ataraq meşədən çıxıb yaxınlıqdakı kənd sakinlərindən yemək istəyib.

Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatı “Survival International” məlumat yayıb.

Hadisə Braziliyanın Arariboya qoruğunun ərazisində yerləşən Tavari kəndi yaxınlığında baş verib. Qəbilə üzvləri yerli sakinlərdən müxtəlif kök bitkiləri ilə bölüşmələrini xahiş ediblər.

Təşkilatın məlumatına görə, bu qeyri-adi təmasın səbəbi ərzaq çatışmazlığı ola bilər. Qanunsuz meşə qırılması və ovçuluq qəbilənin yaşadığı əraziyə ciddi təhlükə yaradır, eyni zamanda onların ənənəvi qida mənbələrini məhdudlaşdırır.

Qonşu kənddə yaşayan Quajajara xalqının nümayəndələri görüşü foto və videoya çəkiblər. Onların sözlərinə görə, meşədən çıxan kişilər, qadınlar və uşaqlar xeyli arıqlamış və zəif görünürdülər.

Ava xalqı Amazoniyanın ovçuluq və yığıcılıqla yaşayan son köçəri icmalarından biri hesab olunur. Bu xalqın təxminən 100 nümayəndəsi hələ də müasir dünya ilə əlaqə qurmaqdan yayınaraq meşələrdə təcrid olunmuş həyat sürür.

Son hadisə Amazon meşələrinin məhv edilməsinin təkcə təbiətə deyil, həm də təcrid olunmuş yerli xalqların yaşayışına və ərzaq təhlükəsizliyinə təsirini bir daha gündəmə gətirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Peyvənd vurdurmamaq doğrudurmu?

19.11.2026 09:35 Sağlamlıq

45 yaşdan sonra qara göz laynerini hansı rənglərlə əvəz etmək olar? –

19.11.2026 09:23 Sağlamlıq

Səhər boyun ağrısı ilə oyanmağın səbəbi nədir?

19.11.2026 08:32 Sağlamlıq

DİN 104 kq narkotik və 8 min həbi dövriyyədən çıxarıb

18.11.2026 17:55 Hadisə

Paşinyan: TRIPP-in texniki parametrləri Azərbaycanla razılaşdırılmalıdır

18.11.2026 17:43 Siyasət

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 17:31 Siyasət

Bakıda və rayonlarda külək güclənəcək -

18.11.2026 16:54 Cəmiyyət

“Belə qeyrətli cavanlar çoxalsa...” - Tanınmış həkimdən Gülarənin qətli ilə bağlı

18.11.2026 16:32 Ana səhifə

Antalyaya uçan Rusiya təyyarəsində bomba həyəcanı

18.11.2026 16:29 Dünya

Rafiq Salahovun elmi xidmətləri:

18.11.2026 16:08 Cəmiyyət

Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edilib

18.11.2026 16:00 Hadisə

İlham Əliyev Latviya Prezidentini təbrik edib

18.11.2026 15:09 Siyasət

Ləmanın nəfəsi kəsilir, oksigeni düşür, təcili kömək lazımdır” –

18.11.2026 14:12 Gündəm

Qursalı kəndinin tarixinə dair

18.11.2026 13:32 Ana səhifə

Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi -

18.11.2026 13:12 Gündəm

Bu gün Yer kürəsində güclü maqnit fırtınası gözlənilir

18.11.2026 13:11 Dünya

Bu gün Şaxta Babanın doğum günü və Düyməli Telefon Günüdür

18.11.2026 12:59 Cəmiyyət

Təhsil Məktəblərdə istilik mövsümü başladı

18.11.2026 12:46 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək