Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycanın turizm imkanlarının Çin bazarında tan...
Azərbaycanın turizm imkanlarının Çin bazarında tanıdılması genişləndirilir -
Ana səhifə

Azərbaycanın turizm imkanlarının Çin bazarında tanıdılması genişləndirilir - FOTO

Xpress.az Redaksiyası 23.11.2026 15:30

Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki rəsmi nümayəndəlik ofisi 17-23 noyabr tarixlərində Çin Xalq Respublikasının Tyantszin, Tsindao, Nancin və Uhan şəhərlərində silsilə turizm seminarları təşkil edib.

Xpress.az xəbər verir ki, tədbirlərin məqsədi Azərbaycanın turizm imkanlarını Çin turizm sənayesinin nümayəndələrinə təqdim etmək və iki ölkənin turizm sektorları arasında işgüzar əlaqələri genişləndirmək olub.

Görüşlərdə ümumilikdə 200-dən çox turizm şirkətinin nümayəndəsi iştirak edib. Onlardan 50-si Tyantszin, 59-u Tsindao, 58-i Nancin, 45-i isə Uhan şəhərini təmsil edib. Görüşlər zamanı Azərbaycanın müxtəlif turizm məhsulları, Çin turistləri üçün cəlbedici səyahət istiqamətləri, eləcə də yerli turoperator və turizm agentliklərinin Azərbaycan üzrə səyahət paketləri hazırlamaq imkanları təqdim olunub.

Seminarlara Azərbaycandan dörd turizm tərəfdaşının nümayəndələri, o cümlədən “Azərbaycan Hava Yolları” QSC (AZAL) qatılıb. Təqdimatlarda hava əlaqələri, yerləşmə imkanları, turizm istiqamətləri üzrə xidmətlər və səyahət paketləri barədə məlumat verilib. Bu məlumatların Çin bazarının tələblərinə uyğun turizm marşrutlarının və səyahət paketlərinin hazırlanmasına töhfə verməsi nəzərdə tutulur.

Seminarlar zamanı Çin turizm sənayesi nümayəndələri ilə yeni işgüzar əlaqələrin qurulması və əməkdaşlıq imkanları müzakirə olunub. İştirakçılara Azərbaycanın turizm imkanları barədə məlumat və tanıtım materialları təqdim edilib. Görüşlər yerli turizm şirkətlərinin Çin bazarında əlaqələrini genişləndirməsi, eləcə də Azərbaycan üzrə səyahət paketlərinin hazırlanması və satışının təşviqi baxımından əhəmiyyət daşıyıb.

Çin və Azərbaycan arasında mövcud vizasız rejim, eləcə də “Azərbaycan Hava Yolları” (AZAL) və “China Southern Airlines” aviaşirkətləri tərəfindən Pekin-Bakı və Urumçi-Bakı istiqamətləri üzrə həyata keçirilən birbaşa uçuşlar turizm əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradır. 2026-cı ilin yanvar-oktyabr aylarında Çindən Azərbaycana 61 001 nəfər səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz çoxdur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

"By Fateh Gənclik" restoranı qanunsuz işləyirmiş,

23.11.2026 17:01 Hadisə

İlham Əliyev Trampa təşəkkür edib

23.11.2026 16:15 Siyasət

Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb

23.11.2026 15:55 Dünya

Tayani: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazda sabitliyin göstəricisidir

23.11.2026 14:34 Siyasət

Azərbaycan və Çexiya hərbi-texniki sahədə əməkdaşlıq edəcək

23.11.2026 14:19 Gündəm

Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər

23.11.2026 13:37 Siyasət

“Kökümüzə Qayıdış” –

23.11.2026 13:12 Cəmiyyət

Sabah 20 dərəcə isti olacaq

23.11.2026 12:39 Cəmiyyət

Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib -

23.11.2026 12:33 Ana səhifə

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

23.11.2026 12:28 Siyasət

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ:

23.11.2026 11:59 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib

23.11.2026 11:36 Cəmiyyət

Azərbaycan Çinə 21 ton fındıq ləpəsi ixrac edib

23.11.2026 11:25 İqtisadiyyat

Yetim uşaqlar atasını iki dəfə itirir:

23.11.2026 11:23 Ana səhifə

Bakıda 71 yaşlı qadın üzərində

23.11.2026 10:25 Ana səhifə

“İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda təqdim olunacaq

23.11.2026 10:15 Mədəniyyət

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edildi

23.11.2026 10:13 Siyasət

Aparıcının öldüyü qəzadan

23.11.2026 09:44 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək