Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr...
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib -
Ana səhifə

Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib - FOTO

Xpress.az Redaksiyası 23.11.2026 12:33

Azərbaycan Turizm Bürosu (ATB) Hindistanın Çennai, Əhmədabad və Yeni Dehlidə şəhərlərində silsilə işgüzar tədbirlər keçirib.

Xpress.az xəbər verir ki, tədbirlərdə 300-dən çox Hindistan turizm agentliyinin nümayəndəsi, eləcə də “Azərbaycan Hava Yolları” (AZAL) daxil olmaqla, Azərbaycanın yeddi turizm sənayesi təmsilçiləri iştirak ediblər.

Görüşlərin məqsədi Hindistanın turizm sənayesi ilə işgüzar əlaqələri genişləndirmək, mövcud əməkdaşlığı inkişaf etdirmək və yeni əlaqələr qurmaq olub.



Tədbirlərdə Çennayidə 84, Əhmədabadda 97, Yeni Dehlidə isə 122 turizm agentliyinin nümayəndəsi iştirak edib.

Yeni Dehlidə keçirilən görüşə Azərbaycanın Hindistandakı səfirliyinin müvəqqəti işlər vəkili Kənan Murtuzov qatılıb.



Təqdimatlarda Bakının turizm imkanları ilə yanaşı, Azərbaycanın regionlarında mövcud olan səyahət marşrutları və turizm məhsulları da diqqət mərkəzində olub. Şimal-qərb istiqamətində Şamaxı, Qəbələ və Şəki, şimal bölgəsində Şahdağın xizək infrastrukturu, dağ və aktiv istirahət imkanları, cənub bölgəsində isə, xüsusilə Lənkəranın sağlamlıq turizmi potensialı təqdim olunub. Regional istiqamətlərin tanıdılması Azərbaycanın müxtəlif turist maraqlarına uyğun səyahət marşrutları təklif etmək imkanlarını nümayiş etdirib.

Bununla yanaşı, Azərbaycanın işgüzar (MICE) və toy turizmi məhsulları barədə məlumat verilib. Bakıda və ölkənin regionlarında beynəlxalq tədbirlərin, işgüzar görüşlərin və toy mərasimlərinin təşkili imkanları diqqətə çatdırılıb. Bu istiqamətlərin Hindistan bazarının tələblərinə uyğun turizm məhsullarının hazırlanmasında əhəmiyyəti vurğulanıb.



İşgüzar görüşlər zamanı Azərbaycan turizm şirkətləri öz məhsullarını Hindistan bazarının nümayəndələrinə təqdim edib, yerli bazarın xüsusiyyətləri və turistlərin tələbləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin Hindistan turistləri üçün uyğunlaşdırılmış səyahət paketlərinin hazırlanması və yeni əməkdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə olunub.

Görüşlərdə iki ölkə arasında birbaşa hava əlaqələrinin əhəmiyyəti qeyd olunub. AZAL Bakı ilə Yeni Dehli və Mumbay arasında həftəlik birbaşa uçuşlar həyata keçirir ki, bu da Hindistandan Azərbaycana səfərlərin təşkilini asanlaşdırır.



ATB-nin Hindistanın müxtəlif şəhərlərində keçirdiyi tədbirlər ölkənin turizm bazarında Azərbaycanın tanıdılması, yerli turizm şirkətləri ilə işgüzar əlaqələrin genişləndirilməsi və Hindistan turistləri üçün yeni səyahət məhsullarının hazırlanması istiqamətində fəaliyyətinin davamıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycan və Çexiya hərbi-texniki sahədə əməkdaşlıq edəcək

23.11.2026 14:19 Gündəm

Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər

23.11.2026 13:37 Siyasət

“Kökümüzə Qayıdış” –

23.11.2026 13:12 Cəmiyyət

Sabah 20 dərəcə isti olacaq

23.11.2026 12:39 Cəmiyyət

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

23.11.2026 12:28 Siyasət

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ:

23.11.2026 11:59 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib

23.11.2026 11:36 Cəmiyyət

Azərbaycan Çinə 21 ton fındıq ləpəsi ixrac edib

23.11.2026 11:25 İqtisadiyyat

Yetim uşaqlar atasını iki dəfə itirir:

23.11.2026 11:23 Ana səhifə

Bakıda 71 yaşlı qadın üzərində

23.11.2026 10:25 Ana səhifə

“İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda təqdim olunacaq

23.11.2026 10:15 Mədəniyyət

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edildi

23.11.2026 10:13 Siyasət

Aparıcının öldüyü qəzadan

23.11.2026 09:44 Hadisə

Süni Ay torpağında kartof yetişdirildi

23.11.2026 09:43 Maraqlı

Özünü vəzifəli şəxs kimi təqdim edib işə düzəltmək vədi ilə 31 minlik dələduzluq etdi –

23.11.2026 09:06 Cəmiyyət

Bakıda birinci oldu, Vyanada Motsartın evində səhnəyə çıxdı

23.11.2026 07:21 Mədəniyyət

Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib

22.11.2026 19:27 Siyasət

Denktaşın dəvətindən bu günümüzə: Bir adanın Birinci hekayəsi... –

22.11.2026 16:47 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək