Süni Ay torpağında kartof yetişdirildi
Elm adamları yaxın gələcəkdə Ay səthindəki bazalarda vəzifə ala biləcək astronavtları qidalandırmaq məqsədilə simulyasiya edilmiş Ay torpağında yeyilə bilən və qidalı kartoflar yetişdirməyi bacarıb.
Xpress.az-ın məlumatına görə, araşdırma, gələcəkdə Ay bazalarında vəzifə yerinə yetirəcək astronavtlar üçün yerli qida istehsalının yolunu açır.
Ay torpağı simulyantını üzvi maddələrlə dəstəkləyən tədqiqatçılar kifayət qədər üzvi maddə əlavə edildikdə kartofların eynilə Yer torpağındakı qədər yaxşı böyüdüyünü müəyyən edib.
NASA tərəfindən dəstəklənən araşdırmada qırmızı qabıqlı, ağ ətli və erkən yetişən "Modoc" adlı bir kartof növü istifadə edilib.
Qeyd edək ki, həm ABŞ, həm də Çin Ayda uzunmüddətli bazalar qurmaq planları ilə yanaşı, qarşıdakı illərdə Ay səthinə astronavt göndərməyi hədəfləyir. Lazım olan bütün qidanın Yerdən daşınmasının praktik olmaması səbəbindən Ay bazasında vəzifə yerinə yetirəcək insanların həyatını davam etdirə bilməsi üçün yerli qida mənbəyi həyati əhəmiyyət daşıyır.