Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müav...
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
Siyasət

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Xpress.az Redaksiyası 23.11.2026 12:28

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

Xpress.az xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirdi.

Dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğuladı ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.

Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd etdi.

Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladı.

Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə etdi.

İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fəaliyyət göstərən hər iki ölkədən olan şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirdi.

Antonio Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu dedi, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd etdi.

Qonaq bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı biznes sahəsində əməkdaşlığın potensialına toxunuldu, bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edildi.

İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulandı, bölgədə gedən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunuldu.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycan və Çexiya hərbi-texniki sahədə əməkdaşlıq edəcək

23.11.2026 14:19 Gündəm

Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər

23.11.2026 13:37 Siyasət

“Kökümüzə Qayıdış” –

23.11.2026 13:12 Cəmiyyət

Sabah 20 dərəcə isti olacaq

23.11.2026 12:39 Cəmiyyət

Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib -

23.11.2026 12:33 Ana səhifə

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ:

23.11.2026 11:59 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib

23.11.2026 11:36 Cəmiyyət

Azərbaycan Çinə 21 ton fındıq ləpəsi ixrac edib

23.11.2026 11:25 İqtisadiyyat

Yetim uşaqlar atasını iki dəfə itirir:

23.11.2026 11:23 Ana səhifə

Bakıda 71 yaşlı qadın üzərində

23.11.2026 10:25 Ana səhifə

“İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda təqdim olunacaq

23.11.2026 10:15 Mədəniyyət

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edildi

23.11.2026 10:13 Siyasət

Aparıcının öldüyü qəzadan

23.11.2026 09:44 Hadisə

Süni Ay torpağında kartof yetişdirildi

23.11.2026 09:43 Maraqlı

Özünü vəzifəli şəxs kimi təqdim edib işə düzəltmək vədi ilə 31 minlik dələduzluq etdi –

23.11.2026 09:06 Cəmiyyət

Bakıda birinci oldu, Vyanada Motsartın evində səhnəyə çıxdı

23.11.2026 07:21 Mədəniyyət

Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib

22.11.2026 19:27 Siyasət

Denktaşın dəvətindən bu günümüzə: Bir adanın Birinci hekayəsi... –

22.11.2026 16:47 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək