Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ:
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ:
Cəmiyyət

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq konkret layihələrlə möhkəmlənir

Xpress.az Redaksiyası 23.11.2026 11:59

Prezident İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnama dövlət səfəri Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi, enerji, nəqliyyat-logistika, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xpress.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan–Vyetnam dostluğunun tarixi kökləri 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinə gedib çıxır. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri də iki ölkə arasında iqtisadi, elmi-texniki və humanitar əlaqələrin inkişafına mühüm töhfə verib.

Pərvanə Vəliyevanın sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında növbəti mühüm mərhələ 7–8 may 2025-ci il tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri olub. Həmin səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul edilib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Vyetnama səfərinin əsas nəticələrindən biri strateji siyasi dialoqun genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin konkret layihələrlə zənginləşdirilməsi istiqamətində əldə olunan razılaşmalardır. Xüsusilə hər iki ölkənin neft-qaz şirkətlərinin birgə layihələr həyata keçirməsi üçün əlverişli şəraitin yaradılması barədə razılıq diqqətəlayiqdir. Vyetnamın Azərbaycanda səfirlik açmaq niyyətini açıqlaması da münasibətlərin inkişafı baxımından mühüm addımdır.

Pərvanə Vəliyeva hesab edir ki, Azərbaycan Vyetnamın region ölkələri ilə əlaqələrinin genişləndirilməsində mühüm rol oynaya bilər.

İqtisadi göstəricilərə toxunan deputat bildirib ki, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Tranzit yükdaşımalarının həcmi isə 2026-cı ilin yanvar-sentyabr aylarında 8 min tondan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə altı dəfə artım deməkdir.

Deputat enerji sahəsində əməkdaşlığın perspektivlərinə də diqqət çəkib. Onun sözlərinə görə, SOCAR və PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı kimi istiqamətləri əhatə edir.

Bununla yanaşı, Vyetnam şirkətləri Azərbaycanda bərpaolunan enerji, tikinti və infrastruktur layihələrinə də maraq göstərirlər. Pərvanə Vəliyeva ROX Group şirkəti ilə 2026-cı ilin sentyabrında Bakıda investisiya sahəsində müvafiq razılaşmaların əldə olunmasını bu marağın göstəricisi kimi dəyərləndirib.

Deputatın fikrincə, Azərbaycan–Vyetnam münasibətlərinin dərinləşməsi yalnız ikitərəfli əməkdaşlığın genişlənməsi ilə məhdudlaşmır. Bu tərəfdaşlıq, eyni zamanda, Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında iqtisadi, ticarət və humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar açır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycan və Çexiya hərbi-texniki sahədə əməkdaşlıq edəcək

23.11.2026 14:19 Gündəm

Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər

23.11.2026 13:37 Siyasət

“Kökümüzə Qayıdış” –

23.11.2026 13:12 Cəmiyyət

Sabah 20 dərəcə isti olacaq

23.11.2026 12:39 Cəmiyyət

Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib -

23.11.2026 12:33 Ana səhifə

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

23.11.2026 12:28 Siyasət

Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib

23.11.2026 11:36 Cəmiyyət

Azərbaycan Çinə 21 ton fındıq ləpəsi ixrac edib

23.11.2026 11:25 İqtisadiyyat

Yetim uşaqlar atasını iki dəfə itirir:

23.11.2026 11:23 Ana səhifə

Bakıda 71 yaşlı qadın üzərində

23.11.2026 10:25 Ana səhifə

“İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda təqdim olunacaq

23.11.2026 10:15 Mədəniyyət

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edildi

23.11.2026 10:13 Siyasət

Aparıcının öldüyü qəzadan

23.11.2026 09:44 Hadisə

Süni Ay torpağında kartof yetişdirildi

23.11.2026 09:43 Maraqlı

Özünü vəzifəli şəxs kimi təqdim edib işə düzəltmək vədi ilə 31 minlik dələduzluq etdi –

23.11.2026 09:06 Cəmiyyət

Bakıda birinci oldu, Vyanada Motsartın evində səhnəyə çıxdı

23.11.2026 07:21 Mədəniyyət

Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib

22.11.2026 19:27 Siyasət

Denktaşın dəvətindən bu günümüzə: Bir adanın Birinci hekayəsi... –

22.11.2026 16:47 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək