Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forum...
Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib
Cəmiyyət

Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib

Xpress.az Redaksiyası 23.11.2026 11:36

Həssas qruplara aid şəxslərin məşğulluğunun təminatında aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.
 

“Gülüstan” sarayında təşkil olunan, “İmkanlar və inam” devizi ilə keçirilən tədbirin açılışında hökumət rəsmiləri, sosial tərəfdaşların, o cümlədən özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
 
Forum dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı daha da artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq, əmək bazarında aktual məsələləri müzakirə edərək birgə həll yollarını müəyyən etmək məqsədi daşıyıb.
 
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən sosial islahatlar çərçivəsində əmək bazarının müasir çağırışlarına uyğun olaraq dövlət məşğulluq siyasətinin də əhəmiyyətli islahat dövrü keçdiyini diqqətə çatdırıb. O, əhalinin məşğulluğunun təminatında işəgötürənlərin rolunu, Nazirliyin işəgötürənlərlə münasibətləri daha çox xidmət modeli əsasında quraraq onlarla əməkdaşlığın daha da güclənməsinə nail olduğunu qeyd edib.


 
İşəgötürənlərlə birgə təşkil edilən aktiv məşğulluq proqramlarını diqqətə çatdıran nazir son illərdə işlə təmin olunanların illik sayının 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayının 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayının 4,1 dəfə, kvota üzrə işlə təmin olunanların sayının 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayının 3,5 dəfə artdığını deyib.


 
Anar Əliyev qeyri-formal məşğulluğun azaldılması işlərini, özəl sektorda bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən əmək müqavilələrinin sayının 59 min artdığını qeyd edib. Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti sahəsində Nazirliyin işəgötürənlərlə daha çox sosial dialoqun inkişaf etdirilməsinə, biznesə metodiki dəstək göstərməyə önəm verdiyini, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərin də bunu təsdiq etdiyini diqqətə çatdırıb.
 
O, “Əmək və Məşğulluq” altsisteminin, “DOST müfəttiş” və “Nümunəvi müəssisə” layihələrinin işəgötürənlər üçün əhəmiyyətini vurğulayıb. Əmək qanunvericiliyinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, işçilərin əmək hüquqlarının daha effektiv qorunması üçün aparılan işləri diqqətə çatdırıb, keçirilən bu forumun  uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.


 
Tədbirdə həssas qruplarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb. Gənclər və qadınların, müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin məşğulluğunun təminatına verdikləri mühüm töhfələrə görə 5 özəl sosial tərəfdaşa mükafatlar təqdim edilib.
 
Forum çərçivəsində “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları”, “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” və “Biznes birliklərinin əmək bazarındakı rolu, sosial məsuliyyət və birgə təşəbbüslər” mövzularında panel müzakirələri təşkil olunub.
 
Panellərdə işəgötürənlərin əmək bazarı ilə bağlı gözləntiləri, dövlətin biznes subyektlərinə təqdim etdiyi dəstək və təşviq mexanizmləri, dövlət qurumlarının işəgötürənlərlə əməkdaşlıq istiqamətləri, əmək bazarının aktual çağırışları, biznes birliklərinin məşğulluğun təşviqində rolu, sosial məsuliyyət və dövlət-biznes tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycan və Çexiya hərbi-texniki sahədə əməkdaşlıq edəcək

23.11.2026 14:19 Gündəm

Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər

23.11.2026 13:37 Siyasət

“Kökümüzə Qayıdış” –

23.11.2026 13:12 Cəmiyyət

Sabah 20 dərəcə isti olacaq

23.11.2026 12:39 Cəmiyyət

Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib -

23.11.2026 12:33 Ana səhifə

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

23.11.2026 12:28 Siyasət

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ:

23.11.2026 11:59 Cəmiyyət

Azərbaycan Çinə 21 ton fındıq ləpəsi ixrac edib

23.11.2026 11:25 İqtisadiyyat

Yetim uşaqlar atasını iki dəfə itirir:

23.11.2026 11:23 Ana səhifə

Bakıda 71 yaşlı qadın üzərində

23.11.2026 10:25 Ana səhifə

“İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda təqdim olunacaq

23.11.2026 10:15 Mədəniyyət

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edildi

23.11.2026 10:13 Siyasət

Aparıcının öldüyü qəzadan

23.11.2026 09:44 Hadisə

Süni Ay torpağında kartof yetişdirildi

23.11.2026 09:43 Maraqlı

Özünü vəzifəli şəxs kimi təqdim edib işə düzəltmək vədi ilə 31 minlik dələduzluq etdi –

23.11.2026 09:06 Cəmiyyət

Bakıda birinci oldu, Vyanada Motsartın evində səhnəyə çıxdı

23.11.2026 07:21 Mədəniyyət

Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib

22.11.2026 19:27 Siyasət

Denktaşın dəvətindən bu günümüzə: Bir adanın Birinci hekayəsi... –

22.11.2026 16:47 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək