Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda...
“İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda təqdim olunacaq
Mədəniyyət

“İşığa doğru” beynəlxalq incəsənət layihəsi Bakıda təqdim olunacaq

Xpress.az Redaksiyası 23.11.2026 10:15

İtaliya və Çexiyada nümayiş etdirilən beynəlxalq incəsənət layihəsinin növbəti ünvanı Bakı olacaq.

İtaliya və Çexiyada təqdim olunmuş “İşığa doğru” beynəlxalq incəsənət layihəsi bu dəfə paytaxt Bakıda sənətsevərlərlə görüşəcək.

27–29 noyabr 2026-cı il tarixlərində İçərişəhərdə yerləşən İZ Gallery-də keçiriləcək sərginin açılış mərasimi noyabrın 27-də saat 18:00-da baş tutacaq.

Layihənin kuratoru heykəltəraş-rəssam Roza Həsənovadır. Onun təşəbbüsü ilə reallaşan layihənin əsas məqsədi Azərbaycan incəsənətinin beynəlxalq mədəni mühitdə tanıdılması, sənətkarlar arasında yaradıcı əməkdaşlığın genişləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir.

Sərgidə təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif istiqamətləri üzrə əsərlər nümayiş olunacaq. Ekspozisiyaya rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen və xalça sənəti nümunələri daxil ediləcək. Fərqli üslub və texnikalarda yaradılmış əsərlər milli bədii ənənələrlə müasir yaradıcılıq axtarışlarının vəhdətini əks etdirəcək.

Layihənin konsepsiyasında işıq ümidin, biliyin, yaradıcılığın, mənəvi inkişafın və gələcəyə inamın rəmzi kimi təqdim olunur. Sərginin vizual tərtibatında Azərbaycan xalçasının ornamentləri və işıqlı üfüqə doğru uzanan yol obrazı milli irslə gələcək arasındakı bağlılığı simvolizə edir.

Sərginin məhz İçərişəhərdə təşkil olunması da təsadüfi deyil. Tarixi məkanın mədəni yaddaşı ilə müasir incəsənətin bir araya gəlməsi layihənin əsas ideyasını tamamlayır.

Açılış mərasimində tarzən Araz Qasemi canlı ifası ilə qonaqlara musiqi töhfəsi verəcək.

İZ Gallery-nin təşkilatçılığı ilə keçiriləcək sərgi noyabrın 27-dən 29-dək davam edəcək. İncəsənətsevərlər bu müddət ərzində müxtəlif sənət nümunələri ilə tanış olmaq, yaradıcı yanaşmaları kəşf etmək və fərqli mədəni baxışların sənətdəki ifadəsini görmək imkanı əldə edəcəklər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycan və Çexiya hərbi-texniki sahədə əməkdaşlıq edəcək

23.11.2026 14:19 Gündəm

Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər

23.11.2026 13:37 Siyasət

“Kökümüzə Qayıdış” –

23.11.2026 13:12 Cəmiyyət

Sabah 20 dərəcə isti olacaq

23.11.2026 12:39 Cəmiyyət

Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib -

23.11.2026 12:33 Ana səhifə

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

23.11.2026 12:28 Siyasət

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ:

23.11.2026 11:59 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib

23.11.2026 11:36 Cəmiyyət

Azərbaycan Çinə 21 ton fındıq ləpəsi ixrac edib

23.11.2026 11:25 İqtisadiyyat

Yetim uşaqlar atasını iki dəfə itirir:

23.11.2026 11:23 Ana səhifə

Bakıda 71 yaşlı qadın üzərində

23.11.2026 10:25 Ana səhifə

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edildi

23.11.2026 10:13 Siyasət

Aparıcının öldüyü qəzadan

23.11.2026 09:44 Hadisə

Süni Ay torpağında kartof yetişdirildi

23.11.2026 09:43 Maraqlı

Özünü vəzifəli şəxs kimi təqdim edib işə düzəltmək vədi ilə 31 minlik dələduzluq etdi –

23.11.2026 09:06 Cəmiyyət

Bakıda birinci oldu, Vyanada Motsartın evində səhnəyə çıxdı

23.11.2026 07:21 Mədəniyyət

Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib

22.11.2026 19:27 Siyasət

Denktaşın dəvətindən bu günümüzə: Bir adanın Birinci hekayəsi... –

22.11.2026 16:47 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək